"Neftçi"də islahat: Baş məşqçi və icraçı direktor işdən qovuldu

"Neftçi"də islahat: Baş məşqçi və icraçı direktor işdən qovuldu
İDMAN
14:20 14.09.2016
1802
Əsas komandanın son oyunlardakı uğursuz nəticələrini, Müşahidə Şurasının 28.08.2016-cı il tarixdə keçirilmiş iclası zamanı klubda islahatların davam etdirilməsi haqqında qərarlarını, eyni zamanda 09.09.2016-ci il tarixdə klubun səhmdarları ilə keçirilmiş görüşdə bu qərarların ən qısa zamanda yerinə yetirilməsi barədə nəticəyə gəlinməsini nəzərə alaraq, “Neftçi” PFK bir sıra qərarlar qəbul edib.
AZXEBER.COM həmin qərarları təqdim edir:
- Vəli Qasımov “A” komandanın baş məşqçisi vəzifəsindən azad edilsin;
- Elnur Məmmədov klubun icraçı direktoru vəzifəsindən azad edilsin;
- Mübariz Xudiyev klubun icraçı direktorunun idman məsələləri üzrə müavini vəzifəsindən azad edilsin;
- İcraçı direktorun idman məsələləri üzrə müavini vəzifəsi klubun struktur dəyişikliyi ilə əlaqədar olaraq ləğv edilsin.
Yeni təyinatlarla bağlı məlumat yaxın zamanda elan olunacaq.
OXŞAR XƏBƏRLƏR