‘Neftçilər’ metrosu yaxınlığında aksiya

‘Neftçilər’ metrosu yaxınlığında aksiya
Bütün Xəbərlər
13:38 08.04.2013
3115

Vətəndaşlar onların əmlakını mənimsəyən "Lombard" mağaza sahibinə etiraz edirlər

“Neftçilər” metrosunun yaxınlığında bir qrup şikayətçi etiraz aksiyası keçirir. ANS PRESS-in verdiyi məlumata görə, onlar Nizami rayonu Qara Qarayev prospekti “Neftçilər” metrosunun yaxınlığında yerləşən “Lombard” mağazası sahibinin vətəndaşların xeyli miqdarda əmanətini mənimsəyərk aradan çıxmasına etiraz edirlər. Şikayətçilərin ANS PRESS-ə verdiyi məlumata görə, dəqiq adı məlum olmayan və Mamed kimi tanınan həmin şəxs müxtəlif insanlara məxsus xeyli miqdarda pulu və əmlakı mənimsəyərək yoxa çıxıb. “Neftçilər” metrosu yaxınlığına 20-30 nəfər adamın toplaşdığı bildilrir. Şikayətçilər bununla bağlı Nizami rayon 24-cü polis idarəsinə müraciət etsələr də, şikayətə baxılmadığını deyirlər. Bununla bağlı Nizami rayonu 24-cü polis bölməsindən onlara rəsmi müraciət olunduğunu təsdiq etdilər. Polis bölməsindən faktla bağlı araşdırma aparıldığını dedilər.

OXŞAR XƏBƏRLƏR