Bakının Neftçilər prospekti tamamilə istifadəyə verilib. “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin verdiyi məlumata görə, Neftçilər prospektinin ümumilikdə 3,7 km-də avtomobillərin hərəkəti bərpa edilib. Neftçilər prospektinin Puşkin küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinə qədər (Dəniz limanının qarşısı) olan təmir işlərinin aparılması ilə əlaqədar tamamilə bağlanılan hissəsi istifadəyə verilib.
Bundan başqa, bir müddət öncə bağlanmış K.Səfərəliyeva, Rixard Zorge və A.Cəlilov küçələri açılıb, Ü.Hacıbəyov küçəsində və Z.Əliyeva prospektində bir istiqamətli hərəkət bərpa edilib.
Xatırladaq ki, 2009-cu ilin aprelindən layihə çərçivəsində Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.