Neftçilər Xəstəxanasının baş həkimi - “Vəziyyətləri stabildir...”

Neftçilər Xəstəxanasının baş həkimi - “Vəziyyətləri stabildir...”
Bütün Xəbərlər
21:38 05.12.2015
1423
Xəbər verdiyimiz kimi, “Günəşli” yatağının yanğın baş vermiş 10-cu Dərin Dəniz Özülündən təxliyyə edilmiş neftçilərin bir qismi Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
AZXEBER.COM  xəbər verir ki, bununla bağlə xəstəxananın baş həkimi Həbib Yüzbaşıyev APA-ya danışıb.
Baş həkimin sözlərinə görə, artıq 20 nəfər xəstəxanaya yerləşdirilib.
“Onların vəziyyəti stabildir və daim nəzarət altındadır”, - deyə baş həkim bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağında yanğın baş verib. Rəsmi məlumata görə, yanğın baş verən özüldən 32 nəfər xilas edilib, bir nəfər isə həlak olub. Digər şəxslərlə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR