"Neftçi"nin bayrağı yenə yandırılacaq? - SORĞU

İDMAN
01:30 05.09.2011
2364

Azərbaycan Premyer Liqasının "Böyük Oyun"u "Xəzər Lənkəran" - Neftçi" dueli sentyabrın 10-da keçiriləcək. Həmişə olduğu kimi, bu dəfə də oyunqabağı ajiotaj yetərincədi. Komandaların azərkeşləri sosial şəbəkələrdə və saytlarda "soyuq müharibə" elan ediblər.

AZXEBER.COM-un “futbolpress.az” saytına istinadən verdiyi xəbərə görə, hələ oyun gününə bir həftə qalsa da fan klublar qarşılaşmaya indidən hazırlaşırlar. Xususilə "Xəzər Lənkəran" cəbhəsində canlanma var. Bu da əbəs yerə deyil. Ötən il çempionluq mübarizəsində məhz "Neftçi"yə məğlub olan "Xəzər Lənkəran"ın fanatları iş başındadılar.

Fanatların oyuna xüsusi hazırlaşmalarını və son günlər "Neftçi"nin bayrağının yenidən oyun günü yandırılması xəbərini araşdırmaq üçün fan klub rəsmiləri ilə əlaqə saxlayıb onların fikirlərinin öyrəndik.

"12-ci oyunçu",İslam Cabbarlı:"Bildiyiniz kimi biz müstəqil azərkeş qrupuyuq. Digər fan klublarımızla daim birgə iş aparırıq. Əlbətdə ki, "Böyük Oyun"a da xüsusi hazırlaşırıq. "Azərbaycan futbolunun acı həqiqətləri" adlı silsilə yazılar yerləşdiririk. Bundan başqa, "Böyük Oyun"da "Caspian Ultras" fan klubunun "Banner Şousu"na dəstək oluruq. Digər fan klublardan da müraciət olsa, biz dəstək verməyə hazırıq. Meydanda böyük ajiotaj olacaq. Ancaq bizi bəzi neqativ hallar narahat edir. "Neftçi"nin bayrağının yandırılması şayiəsini eşitmişik və çalışacağıq ki, bunun qarşısını ala bilək. Belə hallar "Xəzər-Lənkəran" klubuna heç vaxt baş ucalığı gətirməz".

"Fırtına" fan klubu,Rəvan Bəşirov:Azarkeşlər baxımından "Böyük Oyun"un bəzəyi həmişə "Fırtına" fan klubu olub. Hamı oyun günü "Fırtına"nın yaratdığı pankart və bannerlərin şahid olacaq. "Neftçi" fanatları gözəl bilir ki, "Fırtına" öz sözünü meydanda deyir. Amma onlar narahat olmasınlar. 50 nəfər gəlirlər, 200 polis qoruyur onları. Stadiona gələn digər fanatlar özlərinə cavabdehlik daşımalıdılar. Əsəbləri dözməyəndə bəzi olaylar baş verir. "Fırtına" nələr edəcəksə, onları indidən demək olmaz. Bunun qarşısını ala bilərlər".

"Caspian Ultras" fan klubu,Xalid İbrahimli:"Biz "Böyük Oyun"a xüsusi ilə hazırlaşırıq. Azərbaycanda görünməmiş "Banner Şousu" olacaq. Ən əsası bannerlərdə nələrin yazılacağıdı. Mənə elə gəlir ki, bu böyük anşlaqa səbəb olacaq. Biz də avtobuslarımızla Lənkərana 200-ə yaxın fanatla gedəcəyik. "Neftçi" fanatlarına oyundan öncə heç bir ismarıc göndərməyəcəyik. Bizim adımız onlar üçün ismarıcdı".

"Bosman" fan klubu,Mirhafiz Babayev:"Mənim şəxsi işlərimlə bağlı olaraq biz "Böyük Oyun"un hazırlığına bir az gec başlayacağıq. İki günə uşaqları bir araya toplayıb işimizi görəcəyik. Düşünürəm ki, biz də maraqlı nələrsə edəcəyik meydanda".

OXŞAR XƏBƏRLƏR