"Neftçi"nin qapıçısı zədələndi

İDMAN
19:31 11.11.2023
207
"Neftçi”nin qapıçısı İvan Brkiç zədələnib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, qolkiper "Sumqayıt"a qarşı keçirəcəkləri Premyer Liqanın XIII tur oyunundan əvvəl məşq prosesində sıradan çıxıb.

Bud nahiyəsində kəskin dartılmadan əziyyət çəkən oyunçu 2 həftədən sonra məşqlərə qatıla biləcək.
Qeyd edək ki, bu gün reallaşacaq "Neftçi" - "Sumqayıt" matçı saat 16:30-da start götürəcək.

OXŞAR XƏBƏRLƏR