"Neftçi"nin yetirməsi 90 dəqiqə meydanda oldu

İDMAN
12:49 23.01.2012
1602

"Neftçi" PFK-nın yetirməsi Araz Abdullayev Yunanıstan Superliqasında növbəti oyununu keçirib. 

AZXEBER.COM-un məlumatına görə, ingiltərənin "Everton" klubuna məxsus olan yarımmüdafiəçinin icarə əsasında çıxış etdiyi "Panionios" 17-ci turda “PAOK”-un qonağı olub. Araz Abdullayev oyunun start heyətində yer alıb. 90 dəqiqə meydanda olduğu görüşdə “PAOK” 1:0 hesabı ilə qələbə qazanıb. Yeganə qol 9-cu dəqiqədə vurulub.

Qeyd edək ki, bu oyundan sonra "Panionios" 19 xalla 10-cu pillədə qərarlaşıb.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR