“Neftin qiyməti 60 dollara çata bilər” - Nazir açıqladı

“Neftin qiyməti 60 dollara çata bilər” - Nazir açıqladı
SOSİAL
12:15 10.10.2016
1039
 
Bu ilin sonuna neftin bir barelinin qiyməti 60 dollara çata bilər.

Bunu XXIII Dünya Enerji Konqresində Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid əl-Falih bildirib.

"Tam əminliklə demək mümkün deyil. Ancaq ilin sonuna qədər neftin bir bareli 60 dollar ola bilər”, - deyə o qeyd edib.

Nazir əlavə edib ki, qiymətləri müəyyən etmək və formalaşdırmaq onların işi deyil: "Bizim üçün tələb və təklif arasında balansın olması əsasdır. Bizim üçün düzgün və effektiv investisiya edilməsi vacibdir”, - deyə əl-Falih bildirib.

APA.az 
 
OXŞAR XƏBƏRLƏR