Neftin qiyməti maaş, pensiya, müavinət və təqaüdlərə təsir göstərəcək? - AÇIQLAMA

Neftin qiyməti maaş, pensiya, müavinət və təqaüdlərə təsir göstərəcək? - AÇIQLAMA
SOSİAL
09:22 09.08.2024
455
"Azərbaycanın dövlət gəlirlərinin formalaşmasında neftdən əldə etdiyimiz gəlirlərin xüsusi payı var və ümumi ixracatımızın təxminən 80 faizi neft və neft məhsullarıdır. Bu kontekstdə neftin dünya bazarında qiyməti fizikal gəlirlərin artması, ölkəyə daxil olan valyutanın həcmi baxımdan çox vacibdir”.

Bu sözləri BAKU.WS-ə iqtisadçı Vüqar Bayramov bildirib.

O əlavə edib ki, 2024-cü ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 75 dollar nəzərdə tutulub: "Hazırda dünya bazarında neftin qiyməti 76 dollara təklif olunur. Əvvəlki aylarda - 2024-cü ilin ilk yeddi ayında neftin dünya bazarındakı qiyməti təxminən 80 dollar ətrafında dəyişib.

Bu o deməkdir ki, növbəti aylarda orta qiymət 70 dollar olarsa, praktik olaraq büdcədə nəzərdə tutulan qiymətə uyğun qiymət formalaşacaq. Büdcə praktik olaraq 75 dollardan hesablanaraq dünya bazarındakı qiymətə uyğunlaşacaq.

Amma bütün hallarda neftin dünya bazarındakı qiymətinin azalmasına baxmayaraq, fiskal xərcləmələrimizdə hər hansı bir çətinliyin və yubanmanın olacağı gözlənilmir. Büdcədə nəzərdə tutulan bütün sosial xərclər və digər ödənişlər vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçiriləcək.

Ona görə də dövlət büdcəsindən həyata keçirilən əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yubanmaların və ya azalmaların olacağı gözlənilmir. Əksinə, büdcə dürüstləşməsi nəticəsində sosial xərclərdə müəyyən artımlar nəzərdə tutulub. Xüsusən də bu xərclər pensiya ödənişləri üçün nəzərdə tutulan xərclərdir.

Neftin dünya bazarındakı qiymətinin aşağı düşməsinə baxmayaraq, sosial ayırmalarda əmək haqqı, pensiya, müavinət və digər ödənişlərdə hər hansı bir azalmalar gözlənilmir, nəzərdə tutulmayıb. vaxtı vaxtında köçürmələri həyata keçirmək mümkün olacaq. Azərbaycanda büdcədən ayrılan vəsaitlərin həcminə və bütövlükdə xərcləmələrə hər hansı bir mənfi təsir göstərməyəcək və təsdiq olunan büdcəyə uyğun olaraq sosial və digər ayırmalar həyata keçiriləcək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama