Neftin qiyməti qalxır- Manatın devalivasiyası riski var?

Neftin qiyməti qalxır-  Manatın devalivasiyası riski var?
MANŞET
14:05 09.02.2022
815
"Manatın dəyər itirməsi və məzənnəsində olan dəyişikliklər, bunlar heç də eyni məsələ deyil. Onlar arasında ciddi fərqlər var. Belə ki, manat dollar qarşısında öz dəyərini, məsələn 2020-ci, 2021-ci illə və ya eyni dövrü ilə müqayisədə müəyyən dərəcədə itirib. Pulun dəyəri, bilavasitə, bir neçə səbəblərlə ölçülür ki, bunlardan da birincisi məhz onun alıcılıq qabiliyyətidir”. 

Bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov AZXEBER.COM-a açıqlamasında manatın dəyəri və məzənnəsi haqda danışarkən deyib. O, qeyd edib ki, manatın məzənnəsi birbaşa Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir:

"Biz, məsələn 2020-ci ildə və ya 2021-ci ilin fevralında aldığımız 500 manata marketə daxil olaraq nələr alırdıq, amma bu gün həmin məbləğə nələr ala bilirik. Ötən ilin fevral ayında aldığımızdan bu gün nə qədər az ala bilmişiksə, artıq həmin qədər manat öz dəyərini itirib. Mən bunu ən sadə və anlaşılan dillə ifadə etməyə çalışdım. O ki qaldı manatın məzənnəsi, bu, artıq başqa bir məsələdir. Manatın məzənnəsi, bilavasitə, üzən məzənnə deyil, sərbəst məzənnə deyil, birbaşa Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Yəni manatın məzənnəsi bir iqtisadi siyasət olaraq Mərkəzi Bank tərəfindən müəyyən edilir. Gördüyümüz kimi Mərkəzi Bank artıq neçə illərdir ki, manatın məzənnəsini stabil saxlayır. Baxın, manatın dəyəri stabil qalmayıb, amma məzənnəsi stabil qalıb. Bunlar fərqli şeylərdir”. 
 


Eldəniz Əmirovun sözlərinə görə, bu il devalivasiyanın olmasını çox aşağı qiymətləndirir:

"Mərkəzi Bankın 2021-ci il dövlət büdcəsini təhlil edərkən görmək olur ki, hökümət manatın məzənnə stabilliyinə böyük önəm verirdi. Çünki məhz ölkədə makro-iqtisadi stabilliyin qorunması üçün manatın məzənnə stabilliyinə üstünlüyün verilməsi və nail olunması əsas hədəf olaraq görünürdü. 2022-ci ildə isə bir balaca fərqli situasiya var. Amma bununla belə perspektivdə nələrin baş verəcəyini birmənalı demək çətindir. Amma mən onu deyə bilərəm ki, hazırda statistika və Mərkəzin Bankın açıqlaması onu göstərir ki, ABŞ dollarına olan tələbatın həcmi azalıb. Əgər tələbatın həcmi azalıbsa, eyni zamanda ölkənin 55 milyard dollara yaxın valyuta ehtiyatı varsa, dövlət büdcəsində neftin qiyməti 50-dan götürüldüyü halda neftin qiyməti 100 dollara yaxınlaşıbsa, deməli manatın devalivasiyaya məruz qalmaması, yəni ölkədə devalivasiyanın olmaması üçün bütün iqtisadi şərtlər var. Yəni hansısa bir məcburiyyət, təzyiq yoxdur ki, manatın məzənnəsində dəyişiklik olsun. Təzyiq varsa da, bunu qarşılamaq üçün kifayət qədər maliyyə alətləri var. Amma bununla yanaşı, birmənalı olaraq deyim ki, hökümət bu il devalivasiya etməyəcək, bu çətindir. Ehtimalımı deyə bilərəm, ehtimal da budur ki, bu il devalivasiyanın olacağını çox aşağı qiymətləndirirəm. Böyük ehtimal ki, olmayacaq. Hazırda aparılan iqtisadi siyasət, neft qiyməti, valyuat ehtiyatı və strateji xətt bu qənayətə gəlməyə imkan verir ki, hökümətin 2022-ci ildə devalivasiya ilə bağlı bir fikri yoxdur. Təhlil mənə bunu deməyə əsas verir. Amma 3, 5 ay sonra neft qiymətində nələrsə baş verər, hansısa bir qərarda başqa bir yanaşmalar tətbiq edilər, bu səbəbdən yüz faiz olmayacaq demək çətindir”.
 
Aydın Nuri 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir