Rusiya müxalifət lideri Boris Nemtsovun ölümü ətrafında söz-söhbətlər səngimək bilmir.Rusiya mətbuatı iddia edir ki, Nemtsovun ölümü əvvəlcədən bilinirmiş.Belə ki, Vikipediyada Boris Nemtsov haqqında yazıda əvvəlcədən onun ölüm tarixi bildirilib. Sui-qəsddən bir neçə saat əvvəl siyasətçi haqqında məqalə dərc edilib."2015-ci il 27 fevral tarixində Moskva şəhərində öldürülüb", deyə yazıda qeyd olunur. Lakin diqqət çəkən məqam bundan ibarətdir ki, yazıda siyasətçinin ölümündən bir neçə saat əvvəl 21:40 qeyd olunur ki, Nemtsov 23:40-da öldürülüb.