Nənələrin qiyməti qalxdı

MƏDƏNİYYƏT
23:15 24.06.2012
1767
“Eurovision 2012” mahnı müsabiqəsi Rusiyanı təmsil edən "Buranovskiye Babuşki" qrupuna yaman düşüb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ikincilik gətirən “Party for everybody! Dance!” mahnısı nənələrin reytinqini yüksəldib. Ən əsası isə bu mahnı bayramından sonra "Buranovskiye Babuşki" çıxışlarını 17 min avro bahalaşdırıblar. İndi nənələrin 1 saat çıxışları 22 min avroyadır. Rusiya mətbuatı yazır ki, artıq bu 22 min avro təəccüblə qarşılanmır, çünki nənələr "Eurovision-2012”dən “gümüş”lə qayıdıblar. Amma bir il bundan öncə onlar 5 min avroya oxuyurdular. Seçim turundakı qələbələrindən sonra onların qiyməti 11 min avro qalxdı, indi isə 2 dəfə bahalaşıb. Daha sonra qeyd edilir ki, "Buranovskiye Babuşki" müsabiqədən qalib kimi qaytısalar da, onlar ulduz xəstəliyinə tutulmayıblar. Hətta onların mətbuat katibi Svetlana Sırıqina bildirib ki, nənələr hələlik jurnalistlərlə görüşməyə həvəsli deyillər.

OXŞAR XƏBƏRLƏR