00:06 Bazar Ertəsi, 16 Sentyabr 2019
SOSİAL

Nənəsigilə qonaq gələn 11 yaşlı qızı maşın vurdu

22:32, 11.09.201911872
Nənəsigilə qonaq gələn 11 yaşlı qızı maşın vurdu
Qaxda 11 yaşlı qızı maşın vurub.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Tasmalı kəndində baş verib. Qax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəkiliyev Yunis Miraləm oğlu idarə etdiyi "QAZ 24" markalı avtomobillə hərəkətdə olarkən, Tasmalı kəndinə nənəsigilə qonaq gəlmiş 2008-ci il təvəllüdlü Mirzəyeva Ləman Nurlan qızını vurub. Yaralı dərhal Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralıya kəllə beyin travması diaqnozu qoyulub, vəziyyəti orta ağır qiymətləndirilir. Müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ