"Neolit" restoranında silahlı insident: 2 nəfər yaralandı

"Neolit" restoranında silahlı insident: 2 nəfər yaralandı
Bütün Xəbərlər
12:41 03.01.2012
2368
Bakının məşhur restoranında silahlı insident olub. Milli.Az-ın məlumatına görə, ötən gün gecə saatlarında Nizami rayonu ərazisində yerləşən "Neolit" restoranında baş verən hadisədə 2 nəfər xəsarət alıb. Nizami rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, silahlı insident restoranda keçirilən şənlik zamanı baş verib. Sərxoş vəziyyətdə olan 40 yaşlı Şahin Rabil oğlu Hüseynov gecə saatlarında restorana daxil olaraq onun altını üstünə çevirib. Zalda atəş açan Ş.Hüseynov içəridə olan qonaqlara da xəsarət yetirib. Şənlikdə olan 28 yaşlı Fəxrəddin Tağıyev və 39 yaşlı Ceyhun adlı şəxs xəsarət alıblar. Ş.Hüseynov Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb. O, ilkin dindirmə zamanı bildirib ki, atası Rabil bir müddət əvvəl "Neolit"in şəriki olub. Sonradan şəriklər arasında narazılıq olduğundan onlar ayrılıblar. Baş verən hadisəyə də elə həmin narazılıq səbəb olub.
OXŞAR XƏBƏRLƏR