AZXEBER.COM portalı Baş Prokurorluğun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 2-də saat 20:30 radələrində paytaxtın Nizami rayonunda - M.Əliyev küçəsində yerləşən və çoxsaylı insanların istirahət etdiyi “Neolit” restoranının qarşısında ictimai qaydanın kobud surətdə pozulmaqla vətəndaşların rahatlığına qəsd edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşaiyət olunan qərəzli xuliqanlıq hadisəsi qeydə alınıb.Belə ki, həmin tarixdə Bakı şəhər sakini, heç bir yerdə işləməyənHüseynli Şahin Rabil oğlusərxoş vəziyyətdə əylənmək üçün qeyd edilən restorana gələrək özünə məxsus “Jaguar” markalı avtomobili restoranın qarşısında düzgün saxlamadığı üçün restoranın əməkdaşları ilə aralarında mübahisə yaranıb.Restoranın əməkdaşlarının iradlarını qəbul etməyən Şahin Hüseynli intizama dəvət edilsə də, əksinə o, bundan daha da əsəbiləşərək ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşaiyət olunan hərəkətlər edərək avtomobilinin yük yerində gəzdirdiyi özünə məxsus 16 kalibrli, yivsiz qoşalülə ov tüfəngindən restoranın giriş qapısına atəş açıb.Bu zaman restoranda istirahət edən çoxsaylı insanlar vahiməyə düşərək restoranı tərk etmiş, foyedə olmuşNağıyev Fəxrəddin Firdovsi oğluisə açılmış atəş nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb.Dərhal hadisə yerinə gəlmiş Nizami Rayon Polis İdarəsinin polis nəfərləri tərəfindən Şahin Hüseynli zərərsizləşdirilib.Fakta görə Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah tətbiq etməklə) maddəsi ilə cinayət işi başlanıb. Hadisə yerinə baxış keçirilib, Şahin Hüseynlinin cinayətdə istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb.