Nəqliyyat naziri Ziya Məmmədov 11 dekabr saat 13:00-da Salyan şəhərində Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli və Hacıqabul rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
AZXEBER.COM-un nazirliyə istinadən verdiyi xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı bu gün saat 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq.Salyan 38 saylı Yol İstismarı İdarəsi (Salyan şəhəri, 20 Yanvar küçəsi-1), Sabirabad 35 saylı Yol İstismarı İdarəsi (Sabirabad rayonu, Qaratəpə kəndi), Hacıqabul 50 saylı Yol İstismarı İdarəsi (Hacıqabul rayonu, Babək küçəsi, 28), Neftçala 39 saylı Yol İstismarı İdarəsi (Neftçala şəhəri, 33-cü məhəllə), Saatlı “59 saylı Yİ” MMC (Saatlı rayonu, Sarıcalar qəsəbəsi), İmişli 36 saylı Yol İstismarı İdarəsi (İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi).