Nəqliyyat naziri taksi sürdü - FOTO

MARAQLI
00:04 29.03.2013
1912

Müştəri axtarışına çıxan naziri nəinki insanlar, polis belə tanımayıb

Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım bir günlük taksi sürücüsü olub. TRT-Haberdə hər həftə yayımlanan hər dəfə bir siyasətçinin taksi sürücüsü olduğu verilişin bu dəfəki qonağı nəqliyyat naziri olub. Binəli Yıldırım rəsmi geyimini gündəlik rahat geyimə dəyişib. Ankara istiqamətində müştəri axtarışına çıxan naziri nəinki insanlar, polis belə tanımayıb. Nazir maşına minən sərnişinlərlə həmsöhbət olub. (anspress)

OXŞAR XƏBƏRLƏR