Nəqliyyat Nazirliyinin qarşısında taksi sürücüləri aksiya keçirirlər

Nəqliyyat Nazirliyinin qarşısında taksi sürücüləri aksiya keçirirlər
Bütün Xəbərlər
16:16 16.01.2012
1303

Hazırda Nəqliyyat Nazirliyinin qarşısında taksi sürücüləri aksiya keçirirlər.

Aksiyada Bakıda taksi fəaliyyəti ilə məşğul olan 100-dən çox taksi sürücüsü iştirak edir. Onlar Nəqliyyat Nazirliyinin şəxsi taksilərin istifadəsinə qadağa qoyulmasına və yeni taksilərin xəttə buraxmaq istəklərinə qarşı çıxırlar.

Aksiya iştirakçılarının sayının çoxalması əraziyə polis qüvvələrinin cəlb olunmasna gətirib çıxarıb.

Hazırda nazirliyin ətrafında Çevik Polis Alayının və yaxında yerləşən polis idarələrinin əməkdaşları və 20-yə yaxın polis maşınları var. Polisin aksiyanı dağıtmaq istəyinə sürücülərin etiraz etməsi aksiyaya səbəb olub. Sonda sürücülərlə polis əməkdaşları arasında qarşıdurma yaranıb.

Hadisə yerindən operativ verilən məlumata görə, polis aksiyanı dağıda bilməyib və nəticədə sürücülərdən 10 nəfərə yaxın səlahiyyətli nümayəndə Nəqliyyat Nazirliyinin rəsmiləri ilə danışıqlara başlayıb. // salamnews

OXŞAR XƏBƏRLƏR