Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin qaynar xətti 24 saat fəaliyyət göstərəcək

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin qaynar xətti 24 saat fəaliyyət göstərəcək
Bütün Xəbərlər
16:27 22.10.2013
1433

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 141 qaynar xətti 22 oktyabr tarixindən etibarən vətəndaşlara 24 saat xidmət göstərəcək.

Mərkəzdən AZXEBER.COM-a verilən məlumata görə, mərkəzin 141 qaynar xətti 2012-ci ilin aprel ayından həftənin 7 günü səhər saat 07:00-dan gecə saat 23:00-dək fəaliyyət göstərmişdir. 24 saatlıq xidmətə keçməsi isə əhalinin 141 qaynar xəttinə zəng edərək NİİM-in fəaliyyəti, fəaliyyətinə daxil olan xidmətlər, yollardakı vəziyyət, marşrut və istiqamətlər haqqında istənilən vaxt əldə etməsinə imkan yaradacaq.

Fəaliyyətə başladığı gündən bəri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin qaynar xəttinə 51910 zəng daxil olmuşdur. Aidiyyəti zənglərin 43%-ni şikayətlər, 56%-ni məlumat xarakterli sorğular, 1%-ni isə təkliflər təşkil etmişdir. Qeyd edək ki, 141 qaynar xətti bundan sonra 24 saat fəaliyyət göstərəcək və fasiləsiz olaraq ictimaiyyətin xidmətində olacaqdır.

Qeyd edək ki, təklif xarakterli zənglər NİİM tərəfindən araşdırılır və gələcəkdə onların həyata keçirilməsi mümkün olub-olmamasına baxılır. Bundan başqa irad xarakterli sorğular nəzərə alınaraq müzakirə olunur və onlar üzərində işlərə başlanılır. Mərkəzin fəaliyyətinə aid olmayan zənglər, sorğular isə müvafiq aidiyyatı orqanlara yönləndirilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2009-cu ilin aprelindən tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır
OXŞAR XƏBƏRLƏR