Nərgiz Əsgərova 2025-ci il üzrə TOPRA Regulatory Excellence mükafatının finalçısı seçildi

Nərgiz Əsgərova 2025-ci il üzrə TOPRA Regulatory Excellence mükafatının finalçısı seçildi
SOSİAL
21:40 05.11.2025
364
RegBridge şirkətinin təsisçisi və baş icraçı direktoru Nərgiz Əsgərova beynəlxalq nüfuza malik TOPRA Regulatory Excellence Awards 2025 mükafatının finalçısı elan olunub. Bu tanınma onun liderliyini, peşəkarlığını və dərman vasitələrinin qeydiyyatı sahəsində inkişafın təşviqinə verdiyi töhfəni, həmçinin keçmiş MDB, AİİB və Türkiyə regionlarında fəaliyyətini əks etdirir.

AZXEBER.COM bildirir ki, TOPRA tərəfindən hər il təşkil olunan Dərman Vasitələrinin Qeydiyyatı üzrə Peşəkarlar Təşkilatının (Organisation for Professionals in Regulatory Affairs) mükafatı qlobal əczaçılıq və həyat elmləri sənayesində nailiyyət və liderliyi qeyd edir. "İlham” (Inspiration) kateqoriyasında finalçı seçilmək, təkcə fərdi liderliyi deyil, həm də dərman vasitələrinin qeydiyyatı sahəsində 16 ildən artıq təcrübəyə malik olan Nərgiz Əsgərovanın peşəkar karyerasını, həmkarları üçün nümunə və ilham mənbəyi kimi tanınmasını əks etdirir. Qeydiyyat sahəsində onun mükəmməlliyə sadiqliyi, eyni zamanda RegBridge şirkətinin keçmiş MDB, AİİB və Türkiyə regionlarında tərəfdaşlarla əməkdaşlıq və inkişaf strategiyasının formalaşmasında mühüm rol oynayır.

Namizədliyi ilə bağlı danışan Nərgiz Əsgərova bildirib: "Bu tanınma mənim üçün çox önəmlidir. O, karyeram boyu rəhbər tutduğum dəyərləri – dürüstlük, əzmkarlıq və peşəkarlığı əks etdirir. Eyni zamanda, bu tanınma RegBridge komandasının sərhədləri aşaraq dərman vasitələrinin qeydiyyatı sahəsində yeni standartlar müəyyənləşdirmək istiqamətində göstərdiyi səyləri də əks etdirir. Biz birlikdə qeydiyyat proseslərində mükəmməlliyin pasiyentlərin rifahına, farmasevtika sənayesinin inkişafına və cəmiyyətin xeyrinə xidmət etməsinə sadiq qalırıq.

Nərgiz Əsgərovanın rəhbərliyi altında RegBridge regionun aparıcı konsaltinq şirkətlərindən birinə çevrilib və qlobal əczaçılıq şirkətlərini yerli səhiyyə sistemləri ilə birləşdirərək dəyişən qeydiyyat tələblərinə tam uyğunluğu təmin edir.

Qeyd etmək istərdik ki, Nərgiz Əsgərova beynəlxalq səviyyədə keçirilən nüfuzlu TOPRA Regulatory Excellence mükafatına namizəd göstərilən ilk azərbaycanlıdır.

TOPRA Awards-un qalibləri 27 noyabr 2025-ci il tarixində Londonda keçiriləcək mərasimdə açıqlanacaq.

Finalçıların tam siyahısı ilə tanış olmaq üçün aşağıda ki linkə keçid ala bilərsiniz: //lnkd.in/ejPGB4zK

RegBridge haqqında
RegBridge – baş ofisi Bakıda yerləşən, qeydiyyat və farmakonəzarət sahəsində ixtisaslaşmış konsaltinq şirkətidir. Şirkət keçmiş MDB, AİİB və Türkiyə regionlarında fəaliyyət göstərir. RegBridge qeydiyyat sahəsində mükəmməlliyin inkişafına və pasiyentlərin keyfiyyətli dərman vasitələrinə vaxtında çıxışının təmin olunmasına yönəlmişdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Taksi sürücülərinin qeydiyyatında YENİLİK - VİDEO
22:08 18.06.2026
Taksi sürücülərinin qeydiyyatında YENİLİK - VİDEO
ABŞ ilə İran arasında təntənəli imzalama mərasimi nə vaxt olacaq? - Vens AÇIQLADI
21:52 18.06.2026
ABŞ ilə İran arasında təntənəli imzalama mərasimi nə vaxt olacaq? - Vens AÇIQLADI
DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı
21:45 18.06.2026
DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
21:40 18.06.2026
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
21:27 18.06.2026
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
21:25 18.06.2026
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
21:15 18.06.2026
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO