IDEA-da "Hədiyyəli payız" festival ayının açılışına həsr olunmuş təntənəli tədbir keçirilib.
AZXEBER.COM-un buro247.az-a istinadən verdiyi məlumata görə, xüsusi qonaqlar arasında aparıcı italyan fabriklərinin dizaynerləri, jurnal redaktorları və dəb icmalçıları yer alıblar.
Tədbir əsnasında JAN atelyenin təqdimatında RUBELLI italyan parçalar evinin dəb nümayişi keçirilib və nümayişdə yer almış eksklüziv libaslar NARGIS fondu ilə birgə keçirilən xeyriyyə hərracına çıxarılıb. Yenilənmiş şou-rumlar da ilk olaraq axşamın qonaqlarına təqdim olunub.



















