Nərgiz Yaqublu: 'Şüarımız da dəyişmir: 'Azadlıq', 'İstefa' olaraq qalacaq'

Nərgiz Yaqublu:
Bütün Xəbərlər
13:54 23.10.2012
2971
“Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və təşkilatın sədr müavini Əhəd Məmmədli həbsdə olduğu üçün növbəti aksiyanın nə vaxt keçiriləcəyi məlum deyil”. Bu sözləri “Qafqazinfo”ya ictimai fəalların və gənclərin parlamentin buraxılması tələbiylə oktyabrın 20-də Bakının mərkəzində keçirdiyi etiraz aksiyasında fəal iştirak edən Müsavat başqanın müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu açıqlama verərkən deyib. O, bildirib ki, hazırda həbsdəkilərin çıxmasını gözləyirlər və ondan sonra aksiyaların davamı olacaq: “Həbsdə olan gənclər apelyasiya şikayəti vermək istəyirlər. Həmin şikayətə baxılacaq, amma çox güman ki, qərar yenə öz istədikləri kimi olacaq. Heç vaxt müxalifətçilərin apelyasiya şikayətinə müsbət reaksiya verilməyib. Belə bir hakimiyyətin olduğu ölkədə öz çıxarlarına uyğun qərarlar qəbul olunur, ədalətli qərar verilmir”.
OXŞAR XƏBƏRLƏR