"Qarabağ" klubunun hücumçusu Nəriman Axundzadənin forma nömrəsi dəyişib.
AZXEBER.COM xəbər verir ki, bu dəyişiklik komandanın bu gün 19:00-da keçiriləcək "Qəbələ" ilə oyundan əvvəl açıqlanan heyətində qeyd olunub.
Belə ki, bundan sonra Nəriman Axundzadə 7 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, futbolçu daha əvvəl 90 nömrəli formanı geyinirdi.