"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi".
AZXEBER.COM xəbər verir ki, bu sözləri akademik İsa Həbibbəyli Xalq şairi Nəriman Həsənzadənin dəfn mərasimində deyib.
O bildirib ki, Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarından biri olub və müasir poeziyanın inkişafında mühüm rol oynayıb:
"Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarından biri idi. O, Azərbaycan poeziyasında həyati hisslərə və insan mənəviyyatına söykənən yaradıcılıq xəttinin inkişafına pillə-pillə böyük təsir göstərmiş sənətkardır".
İsa Həbibbəyli qeyd edib ki, Xalq şairi bütün varlığı ilə poeziyaya bağlı bir şəxsiyyət idi:
"O, sözün əsl mənasında təpədən dırnağa qədər şair idi, poeziya ilə yoğrulmuş bir şəxsiyyət idi".
Akademik vurğulayıb ki, Nəriman Həsənzadənin dramaturgiyası da Azərbaycan dövlətçiliyi ideyalarına xidmət edib:
"Onun dramaturgiyası Azərbaycan dövlətçiliyi ideyalarına həsr olunmuşdu. Nəriman Həsənzadənin müasir Azərbaycan insanının formalaşmasında böyük əməyi və zəhməti var. Allah rəhmət eləsin".
Fəridə Əsədzadə











































