"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO

"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
SOSİAL
12:16 02.08.2026
208
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq".

Bu sözləri Beynəlxalq Muğam Mərkəzində keçirilən Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

O bildirib ki, Nəriman Həsənzadə ilə bağlı ən unudulmaz xatirələrindən biri 2015-ci ilə təsadüf edir:

"Nəriman müəllimlə bağlı ən xoş xatirələrimdən biri 2015-ci ilə aiddir. Həmin il Qazaxa getmişdim. Nəriman müəllim bunu eşidəndə çox sevindi və Qazax səfərimlə bağlı mənə bir şeir yazmışdı".

Rəşad Məcid qeyd edib ki, Xalq şairi Azərbaycan ədəbiyyatına və mədəniyyətinə misilsiz töhfələr verib:

"Nəriman müəllimin şeirləri, dram əsərləri, poemaları Azərbaycan mədəniyyətinin qiymətli nümunələridir. Xüsusilə Vətən müharibəsindəki Zəfərimizdən sonra Azərbaycan Ordusuna, əsgərlərimizə, şəhidlərimizə və Ali Baş Komandana həsr etdiyi şeirlər yüksək vətənpərvərlik ruhu ilə seçilir".

O vurğulayıb ki, Nəriman Həsənzadənin yaradıcılığı uzun illər yaşayacaq:

"Nəriman müəllimin şeirləri Azərbaycan dilinin ən gözəl çalarlarını özündə ehtiva edir. İllər keçəcək, nə qədər ki, Azərbaycan dili yaşayacaq, Nəriman Həsənzadənin şeirləri də yeni nəsillər üçün örnək olacaq, dillər əzbəri kimi yaşayacaq. Ruhu şad olsun".

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dərədə köməksiz qaldı - FHN xilas etdi
14:12 02.08.2026
Dərədə köməksiz qaldı - FHN xilas etdi
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
14:03 02.08.2026
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Şəkidə elektrik cəryanının vurduğu kişi yanaraq ölüb
13:50 02.08.2026
Şəkidə elektrik cəryanının vurduğu kişi yanaraq ölüb
Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatıb
13:42 02.08.2026
Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatıb
Gəncədə 3 mərtəbəli evdə yanğın oldu - Fotolar
13:37 02.08.2026
Gəncədə 3 mərtəbəli evdə yanğın oldu - Fotolar
Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
13:20 02.08.2026
Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
13:09 02.08.2026
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
Sabah hava necə olacaq?
12:55 02.08.2026
Sabah hava necə olacaq?
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu -  VIDEO - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - VIDEO - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO