Nərmin cinayətində qoyun cəsədi eksperimenti - MƏHKƏMƏ

Nərmin cinayətində qoyun cəsədi eksperimenti - MƏHKƏMƏ
SOSİAL
22:52 04.10.2022
1474
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə sənədlərin tədqiqi mərhələsi aparılır.

Bugünkü iclasda müdafiə tərəfi İlkin Süleymanovun tibbi ekspertizasını, həmçinin Nərmin Quliyevanın üzərində təqsirləndirilən şəxsə aid olduğu iddia olunan liflərlə bağlı rəy verən ekspertlərin məhkəmədə dindirilməli olduqlarını deyiblər:

"Bundan əvvəl də həmin ekspertlərin məhkəmədə ifadə verməli olduqları barədə vəsatət vermişdik. Rəy vermək üçün istintaq orqanı ilə ekspertlər arasında çoxsaylı dialoqlar olub, indi gəlib sualları cavablandırsınlar”, - deyə vəkil Əlibaba Rzayev deyib.

Vəkil, həmçinin aşkar edilmiş meyitin Nərminə aid olması ilə bağlı da şübhələr olduğunu bildirib:

"Burada əsas arqumentlərdən biri yanmış meyitin boyu ilə Nərminin boyunun ziddiyyətli olmasıdır. Aşkar edilən meyitin boyu 1.41-1.42 santimetrdir. Amma istintaq orqanı Nərminin boyunun maksimum 1.20 santimetr olmasını müəyyən edib. Ekspertiza aparan həkim meyitin boyunu dəqiq müəyyənləşdirməli idi”.

Qeyd olunub ki, iş materiallarında başqa bir məqam isə Nərmin Quliyevanın meyitinin yanma vaxtını, alovun hündürlüyünü müəyyən etmək üçün qoyun cəsədi üzərində eksperiment aparılması olub. İlkin Süleymanovun vəkilləri Əlibaba Rzayev və Zabil Qəhrəmanov sözügedən eksperimentin yanlış olduğunu deyiblər:

"İnsanla qoyunun yanma prosesi eyni ola bilməz axı. Bunun mümkünlüyünü yoxlamaq üçün ən azı mütəxəssislərə müraciət edilməli idi. Görüntü yaratmaq üçün belə şey etmək olmaz. Özləri üçün eksperiment aparıblar, nəticəsi barədə də məlumat verməyiblər”.

Proses sabah davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
18:33 05.08.2026
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
18:22 05.08.2026
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
Abbas Əraqçi Pakistana səfər edəcək
18:05 05.08.2026
Abbas Əraqçi Pakistana səfər edəcək
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
16:29 05.08.2026
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?
16:22 05.08.2026
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?
İsti havada avtomobildə qoyulmamalı 10 əşya - Partlayış və yanğın riski yarada bilər
16:14 05.08.2026
İsti havada avtomobildə qoyulmamalı 10 əşya - Partlayış və yanğın riski yarada bilər