Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...

Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
MANŞET
17:40 05.08.2026
972
Son günlər dünyaşöhrətli aktyor Ceki Çanın Azərbaycana gəlməsi ölkə gündəminin əsas mövzularından birinə çevrilib. Onun Bakıya səfərinin məqsədi filmə çəkilməkdir. Belə ki, "Armour of God 4: The Ultimatum” ("Tanrının Zirehi 4”) adlı beynəlxalq film layihəsinin çəkilişlərinin bir hissəsi Azərbaycan paytaxtında aparılacaq. 

Bu səfər diqqətləri Azərbaycanda çəkilən məşhur filmlərə yönəldib.

AZXEBER.COM həmin filmləri təqdim edir:

"Бриллиантовая рука" ("Brilyant əl") 

SSRİ kinosunun ən məşhur komediyalarından biri olan "Brilyant əl" 1969-cu ildə rejissor Leonid Qayday tərəfindən çəkilib. Baş rolları Yuri Nikulin, Andrey Mironov və Anatoli Papanov canlandırıblar. Filmdə İstanbulu əks etdirən səhnələr əslində Bakının İçərişəhərində, xüsusilə Kiçik Qala küçəsində, həmçinin Qız qalası və Şirvanşahlar Sarayı ətrafında lentə alınıb. Bu gün həmin məkanlar filmin pərəstişkarlarının ən çox ziyarət etdiyi yerlər sırasındadır.

"The World Is Not Enough" ("Dünya kifayət deyil")
1999-cu ildə Maykl Aptedin rejissorluğu ilə çəkilən Ceyms Bond seriyasının 19-cu filmi Azərbaycanın dünya kinosunda tanınmasına töhfə verən ən mühüm ekran işlərindən sayılır. Filmdə Bond Elektra Kinqi qorumaq tapşırığı alır. Lakin Elektra KQB agenti Renard tərəfindən oğurlanaraq Azərbaycana gətirilir. Bond onu xilas etmək üçün Bakıya, Xəzər dənizində yerləşən neft buruqlarına gəlir. Filmin bir sıra səhnələri Bakıda və Neft Daşlarında lentə alınıb. Ceyms Bond obrazını canlandıran Pirs Brosnan və baş rol ifaçısı Sofi Marso çəkilişlər üçün şəxsi təyyarələri ilə Bakıya gəliblər.

"Absurdistan"
2008-ci ildə Almaniya istehsalı olan "Absurdistan" filmi Asiya ilə Avropa arasında yerləşən sehrli kənddən bəhs edir. Çəkilişlər Almaniya, Azərbaycan və Gürcüstanda aparılıb. Filmin əsas məkanları kimi Azərbaycanın Lahıc qəsəbəsi və Şəki şəhəri seçilib. Tarixi küçələr, qədim memarlıq nümunələri və təbii mənzərələr ekran əsərinin koloritini formalaşdıran əsas elementlərdən olub.

"Mahmut ve Meryem" ("Mahmud və Məryəm")
Azərbaycanın Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında çəkilən film Azərbaycan və Türkiyənin birgə istehsalıdır. Rejissor Mehmet Ada Öztekinin ekranlaşdırdığı film 2013-cü ildə hər iki ölkədə nümayiş olunub. Ekran əsəri müsəlman Mahmudla xristian Məryəmin faciəvi sevgisindən bəhs edir. Baş rolları Aras Bulut İynemli və Eva Dedova canlandırıblar. Çəkilişlərin ilk 11 günü Şəki, Qax və Bakıda aparılıb.

"Furious 7" ("Forsaj 7")
Rejissor Ceyms Vanın 2015-ci ildə lentə aldığı məşhur film "Forsaj" silsiləsinin yeddinci hissəsidir. Bu seriyanı digərlərindən fərqləndirən cəhət tanınmış filmin bir hissəsinin Azərbaycanda çəkilməsidir. Filmdə əsas mənfi obraz hesab olunan Cakandenin dəstəsini pusquya salmaq məqsədilə Dominikin komandası avtomobillərlə təyyarədən Qafqaz dağları üzərinə düşür və buradakı yolda Cakandeylə mübarizə aparıb Ramzini xilas edir. Bir müddət Qafqaz dağları ərazisində qalan Dominik və komandası daha sonra Əbu-Dabiyə yollanır.  

"Objective Baku: Hitler's War on Oil" ("Hədəf Bakıdır: Hitlerin neft uğrunda müharibəsi")
2015-ci ildə təqdim olunan bu sənədli film İkinci Dünya müharibəsi zamanı Adolf Hitlerin Bakının neft yataqlarını ələ keçirmək planından bəhs edir. Çəkiliş prosesi 14 ay davam edib. Layihə çərçivəsində Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya və Rusiyanın arxivlərində 200 saatdan artıq videomaterial və çoxsaylı tarixi sənədlər araşdırılıb. Film Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanıb, rejissoru Robert Muqnerotdur.

"Ali and Nino" ("Əli və Nino")
Qurban Səidin eyniadlı romanı əsasında ekranlaşdırılan "Əli və Nino" filmi 2016-cı ildə təqdim olunub. Layihənin kastinqi və hazırlıq işləri beynəlxalq mütəxəssislər tərəfindən aparılıb. Filmin rejissoru Asif Kapadiya, ssenari müəllifi isə Kristofer Hemptondur. Baş rolları xarici aktyorlar ifa etsələr də, bəzi epizodik obrazlarda azərbaycanlı aktyorlara yer verilib. Süjet azərbaycanlı Əli ilə gürcü qızı Ninonun məhəbbətindən bəhs edir. Filmin böyük hissəsi Bakıda çəkilib. Əli və Ninonun ailələrindən qaçaraq molla vasitəsilə nikah kəsdirdikləri səhnələr isə Azərbaycanın bölgələrində lentə alınıb.

"SIX" ("Altı")
2017-ci ildə yayımlanmağa başlayan döyüş janrlı "SIX" televiziya serialının rejissoru Lesli Linka Qlatterdir. İki mövsümdən ibarət olan layihənin ikinci mövsümünün doqquzuncu seriyasında hadisələrin bir hissəsi Azərbaycanla əlaqələndirilir. Personajlardan Co Qreyvs Azərbaycana getməyi təklif edir və özünün Balakən rayonunun İtitala kəndində böyüdüyünü bildirir. Serial geniş auditoriyaya malik olmasa da, Azərbaycanın adının çəkilməsi və bəzi hissələrin ölkə ilə əlaqələndirilməsi maraq doğurur.

"The Bra" ("Büstqalter")
2018-ci ildə alman rejissor Veit Helmerin ekranlaşdırdığı "The Bra" filmi Azərbaycanla bağlı ən fərqli beynəlxalq layihələrdən biri hesab olunur. Dialoqsuz komediya-dram janrında çəkilən ekran əsərində hadisələr keçmiş SSRİ-ni xatırladan kiçik dəmiryolu qəsəbəsində cərəyan edir. Filmin əsas qəhrəmanı qatar maşinistidir. O, növbəti səfərlərindən birində relslərin kənarında qadın büstqalteri tapır və onun sahibini axtarmağa başlayır.

"The Gray Man" ("Boz Adam")
2022-ci ildə Entoni Russo və Co Russo qardaşlarının rejissorluğu ilə çəkilən Netflix istehsalı olan "The Gray Man" filminin hadisələrinin mühüm hissəsi Bakıda cərəyan edir. Baş rolları Rayan Qoslin, Kris Evans və Ana de Armas canlandırırlar. Filmdə Bakı yüksək sürətli təqib səhnələrinin və xüsusi əməliyyatların baş verdiyi şəhər kimi təqdim olunur. Şəhərin müxtəlif küçələri, müasir binaları və neft sənayesini xatırladan görüntülərdən istifadə edilib. Filmin bəzi səhnələri Azərbaycanda, digər hissələri isə xarici studiyalarda Bakını canlandıran dekorasiyalarda çəkilib.

"Ruslaan"
2024-cü ildə nümayiş olunan Hindistan istehsalı "Ruslaan" filminin çəkilişlərinin bir hissəsi Azərbaycanda aparılıb. Filmin rejissoru Karan Lalit Butani, baş rol ifaçısı isə hind aktyoru Aayush Sharmadır. Aksiya janrında olan ekran əsərində Bakı şəhərinin müasir memarlığı, magistral yolları və müxtəlif məkanları dinamik təqib səhnələri üçün istifadə olunub. Hindistan mediasında Azərbaycanın film istehsalı üçün seçilməsinin əsas səbəbləri kimi təhlükəsizlik, müasir infrastruktur və fərqli təbiət mənzərələri gösterilib.

"The Gorge" ("Dərə")
2025-ci ildə nümayiş olunan ABŞ istehsalı "The Gorge" filminin bəzi səhnələri Azərbaycanda lentə alınıb. Rejissor Skott Derriksonun ekranlaşdırdığı filmdə baş rolları Mayls Teller və Anya Teylor-Coy canlandırırlar. Fantastik triller janrında olan ekran əsərində Azərbaycanın qayalıq və dağlıq ərazilərindən istifadə olunub.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız
20:46 08.11.2026
Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız
Bakı bulvarında Zəfər Günü münasibətilə konsert təşkil olunub - VİDEO
20:36 08.11.2026
Bakı bulvarında Zəfər Günü münasibətilə konsert təşkil olunub - VİDEO
Zəfərə aparan yol: Milli iradənin, birliyin və dövlət qüdrətinin təntənəsi
20:27 08.11.2026
Zəfərə aparan yol: Milli iradənin, birliyin və dövlət qüdrətinin təntənəsi
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
20:19 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - Yenilənib
20:02 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - Yenilənib
Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb
19:53 08.11.2026
Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
19:42 08.11.2026
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
19:40 08.11.2026
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
19:35 08.11.2026
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
19:27 08.11.2026
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
19:16 08.11.2026
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik