2026-cı ildə itirdiyimiz tanınmışlar - Rasim Balayevdən Nəriman Həsənzadəyə qədər...

2026-cı ildə itirdiyimiz tanınmışlar - Rasim Balayevdən Nəriman Həsənzadəyə qədər...
MANŞET
13:07 03.08.2026
1466
Xalq şairi Nəriman Həsənzadənin vəfatı təkcə poeziya aləmini deyil, bütövlükdə milli-mənəvi yaddaşımızı sarsıdan hadisə oldu. Ömrünü sözə, Vətənə və Azərbaycan ədəbiyyatına həsr edən böyük sənətkar 95 yaşında dünyasını dəyişdi.

Nəriman Həsənzadə yaradıcılığı ilə bir neçə nəslin duyğularına toxunan, sevgi, Vətən, insanlıq və milli dəyərləri misralarında yaşadan söz ustalarından idi. 

2026-cı il Azərbaycan mədəniyyəti, incəsənəti, elmi və ictimai həyatı üçün ağır itkilərlə yadda qaldı. Bu il ölkə uzun illər fəaliyyətləri ilə iz qoymuş, cəmiyyətin müxtəlif sahələrinə dəyərli töhfələr vermiş bir sıra tanınmış simalarla vidalaşdı.

AZXEBER.COM 2026-cı ildə vəfat edən tanınmış şəxsləri təqdim edir:

2 yanvar 2026-cı ildə telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova dünyasını dəyişib. 62 yaşlı Nailə Əkbərova uzun müddətdir xəstəlikdən əziyyət çəkib. 

6 yanvar 2026-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Bağır Süleymanov vəfat edib.

15 yanvar 2026-cı ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sabiq hakimi Rafael Sergeyeviç Qvaladze uzunsürən xəstəlikdən sonra vəfat edib.

9 fevral 2026-cı ildə sabiq deputat, Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalı vəfat edib.

21 mart 2026-cı ildə filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra evində vəfat edib.

29 mart 2026-ci ildə xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev vəfat edib. O, səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. Ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.

13 aprel 2026-cı ildə görkəmli baletmeyster, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Maqsud Məmmədov vəfat edib. O, 97 yaşında dünyasını dəyişib.  

26 aprel 2026-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti Əli Şəmsəddin oğlu Əliyev vəfat edib.

27 aprel 2026-cı ildə uzun illər Bərdə rayonu və Tərtər rayonu İcra Hakimiyyətlərinin başçısı vəzifələrində çalışmış Elman Allahverdiyev dünyasını dəyişib.

14 may 2026-cı ildə əməkdar incəsənət xadimi, şair, dramaturq, nasir Yusif Həsənbəy 94 yaşında vəfat edib.

31 may 2026-cı ildə Aktyor Aqil Ağacanov vəfat edib. O, daha çox "Bizim Cəbiş müəllim” filmindəki "Makedon” obrazı ilə tanınıb. İllər sonra isə "Yuxu” filmində çəkilib.

13 iyun 2026-cı ildə Azərbaycanın görkəmli dövlət xadimi, diplomat və yazıçı Hidayət Orucov vəfat edib.

4 iyul 2026-cı ildə jurnalist Ramiz Məşədihəsənli 68 yaşında ürək tutmasından vəfat edib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi - Səbəb
07:39 19.09.2026
"Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi - Səbəb
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
05:21 19.09.2026
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı