Nərmin Knyaz: "Mənə heç kim pis şərh yazmır" - VİDEO

Nərmin Knyaz: "Mənə heç kim pis şərh yazmır" - VİDEO
MÜSAHİBƏ
10:10 30.05.2022
34281
AZXEBER.COM-un budəfəki müsahibi tanınmış jurnalist, influencer Nərmin Knyazdır.
 

1. Əvvəlcə özünüzü təqdim edin.
 
- Mən Nərmin Knyaz. Artıq 3 ildən çoxdur ki, İctimai Televiziyada yayımlanan " 1 şəhər və 24 saat” səyahət proqramının, "61 intellektual” oyununun aparıcısı və eyni zamanda "Filmable Entertainment”in qurucusuyam.
 
2. Necə oldu ki, influencer olmaq qərarına gəldiniz?
 
- Mən ,əslində, həmişə blogger sözündən qaçmağa çalışmışam. İnfluencer mənə daha uyğundur. Çünki blogger daha çox buna iş kimi yanaşan və sistematik şəkildə instagramda paylaşım edən şəxsdir. Bunun üçün onlar çox vaxt sərf edirlər. Mən isə daha çox getdiyim yerlərdən daha rahat materiallar çıxarıb, paylaşım edə bilirəm. Paylaşımlarım kiməsə təsir edirsə, ilham olursa özümü influencer hesab edə bilərəm. Mən hardasa ilk dəfə 2013-cü ildən instagramda paylaşım etməyə başlamışam. Həmin vaxt mən radioda işləyirdim, aparıcı idim. Fərqli proqramların aparıcısı olduğum üçün daha aktiv instagram istifadə etməyə başladım. Həmçinin həmin vaxt izləyicilərim də aktiv idilər. 
 
Sonralar radiodan ayrıldım. Çalışdım ki, səyahətlə bağlı youtube üçün videolar çəkim. Beləliklə, səyahətə marağı olan insanlar məni izləməyə başladılar. Sonra isə televiziya üçün layihə təqdim etdik və qəbul olundu. Məndə həmişə televiziya radio ilə paralel olduğu üçün tək instagrama yönələn fəaliyyətim olmayıb. 
 
3. Özünüzü televiziyada yoxsa sosial mediada yaxşı görürsünüz?
 
- Televiziyada daha yaxşı görürəm, hətta kamera arxasında daha yaxşı görürəm, nəinki kamera önündə.
 
4. İnfluencerlik fəaliyyətinizdə hansı problemlərlə üzləşirsiniz?
 
- Təbii ki, bir çox insanlar səni izləyir. Müəyyən kütləyə müraciət etmiş olursan. Amma sanki onlar səni izləyəndə səndən öz zövqlərinə uyğun olaraq davam etməyini gözləyirlər. Səni hansısa şəkildə və videoda görürlər. Bəziləri bəyənir, bəziləri bəyənmir. Bəyənməyənlər isə neqativ rəylər yazmağa başlayırlar. Deməzdim ki, indiyə qədər həddən artıq neqativ rəy almışam. Çox zaman o rəyləri ciddiyə almıram. Çünki əksəriyyəti sağlam düşüncə ilə yazılmış rəy deyil. Buna isə təəssüf hissi ilə yanaşıram.
 
5. Niyə məhz səyahət bloggeri oldunuz?
 
- Çünki səyahəti çox sevirəm. Uşaqlıqdan həmişə düşünmüşəm ki, mən səyahət edəcəm, dünyanı gəzəcəm. Jurnallardan fərqli ölkələrin şəkillərini kəsirdim, çıxarırdım. Bayrağını, əhalisini, paytaxtını və s. araşdırırdım. Yeni şəhər tanımağı, yeni insanlar görməyi, kəşf etməyi çox sevirəm. Buna görə də səyahət mənim ən sevdiyim məşğuliyyətdir.
 
6. Aynişanla bir çox ölkələrdə bərabər olmusunuz, necə yol yoldaşıdır?
 
- Aynişan çox əla yol yoldaşıdır. Düz deyiblər, insanı yolda tanıyarlar. Aynişanla çox gözlənilməz bir anda qərar vermişdik. Mən həmin vaxt səyahətdə idim. O səyahət mənim ən çox əyləndiyim, ən çox güldüyüm səfərlərimdən biri idi. Adətən, mən verilişin çəkilişi ilə bağlı səyahət edirəm. Mənə bununla bağlı yazırlar ki, yaxşı istirahət et, xoş istirahətlər və s. İstirahətdən daha çox qaça-qaçda oluram. Hər yerdə 2-3 gün vaxtım olur. Doğrudan da istirahət etmək alınmır. Amma Aynişanla ilk səfərim yeni il ərəfəsində olmuşdu. Onda çəkiliş yox idi. İstirahət edirdik və çox əyləncəli olmuşdu.
 
7. Nərmin xanım, postlarınızın çoxu qəhvəyi tondadır, bu xarakterinizlə əlaqəlidir?
 
- Yəqin ki, psixoloqdan soruşsaq, hər rəngi ayrı formada xarakterizə edərlər. Amma mənim postlarım getdiyim yerə uyğun olaraq dəyişir. Misirdə çəkdirdiyim şəkillərə baxsanız, orda daha çox qəhvəyi tonlardan istifadə etdiyimi görərsiniz. Məsələn, Amsterdama gedib orda qəhvəyi tonlardan istifadə edə bilməzdim. Balkanlar səfərimə diqqət etsəniz, görərsiniz ki, hər yer dəniz, günəş, qum və s. orda daha çox mavi tonlardan istifadə etmişəm. Yəni istifadə etdiyim tonlar getdiyim yerlərə uyğun olaraq dəyişir.
 
8. Sosial media hesabınızda bir reklamı neçəyə paylaşırsınız? 
 
- Mən "Foksi” platformasına bağlıyam. Rəhbərlik Xəyalə xanıma məxsusdur.  Bütün reklam müraciətlərini, danışığı, qiyməti, post sayını,tarixi və s. hamısını Xəyalə xanım idarə edir. Həmçinin mən kreativ insanam. Hansısa məhsulu reklam etməmişdən əvvəl onu necə fərqli və düzgün formada təqdim edəcəyimi düşünürəm. Mən reklam edərkən maddi tərəfini və çatdıracağım vaxtı düşünmürəm. İstəyirəm ki, mənə yaradıcı tərəfi düşsün.
 
9. Sosial mediada sizə ən çox hansı mövzularla bağlı suallar gəlir?
 
- Suallar daha çox xanımlardan gəlir. Ən çox soruşulan suallar səyahətlə bağlı olur. Viza müraciətləri, nə qədər xərc olduğu və s. Əsas da təhsillə bağlı suallar çoxluq təşkil edir. Şirkəti necə qurduğumla bağlı, komandamızla çalışmaq istəyənlər də yazırlar. İnstagramı yeni istifadə etməyə başlayanda düşünürdüm ki, suallar əsasən səyahətlə bağlı olacaq. İlk postumu İstanbulda olarkən paylaşmışdım. Postun altında tarixi ilə bağlı yazmışdım. Amma mənə rəy bölməsində geyindiyim yubkanı, çəkdiyim pomadanı soruşanlar da var idi. Bununla da başa düşdüm ki, səhifəm tək səyahətlə bağlı olmayacaq.
 
10. Ailə qurmağı planlaşdırırsınız?
 
- Mən 1 dəfə ailə həyatı qurub ayrılmışam. Deməzdim ki, tələsmişəm. Öz seçimimlə olub. Amma ailə qurmaq  elə bir şeydir ki, gərək bir dəfə yox, bir neçə dəfə düşünəsən. İnsanın təcrübəsi ilə düşüncələri dəyişir. Yenidən ailə qurmağı düşünərəm. Amma bu dəfə doğru zamanda, doğru insanla.  Düzdür, çox vaxt səfərdə oluram, öz şəxsi həyatıma vaxt ayıra bilmirəm. Amma düşünürəm ki, artıq 30 yaşım var. Özüm üçün doğruları və yanlışları ayıra biləcək yaşdayam. 
 
11. Xarici ölkə vətəndaşı ilə ailə qurarsınız?
 
- Ola bilər. Mənim bununla bağlı heç bir qadağalarım və stereotiplərim yoxdur. 
 
12. Son olaraq sizi sevənlərə nə demək istəyirsiniz?
 
Bəzən məndən soruşurlar ki, necə oldu bura qədər gəlib çıxa bildiniz, iki verilişiniz var, öz şirkətinizi qurdunuz. Digərləri isə bunun neqativ versiyasıdır. Bəzən deyirlər ki, bu işi tək başına etməyib. Bir qadın öz başına nəyisə edəndə  həmişə nədənsə şübhə ilə yanaşırlar. Bəzən elə əminliklə yazırlar ki, heyrətlənirəm. İzləyicilərimin hər birinə çox uğurlu olmağı arzu edirəm ki, heç birinin beynində başqalarına qarşı belə fikirlər olmasın. Hər kəsin özünü bir fərd olaraq inkşaf etdirməsini istəyərəm. Nə qədər ki, yaşayırıq oxuyun, yaradın, arzularınızın arxasınca gedin.
 
Oksana Orucova
Hüseyn Həsənov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
11:48 07.06.2025
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
Yağıntılı hava nə vaxtadək davam edəcək?
11:25 07.06.2025
Yağıntılı hava nə vaxtadək davam edəcək?
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi
11:14 07.06.2025
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi