Nəsimi rayon nümayəndə heyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə

Nəsimi rayon nümayəndə heyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə
SOSİAL
15:43 28.02.2017
894

 

Türkiyənin İzmit bələdiyyəsi ilə Nəsimi rayon bələdiyyəsi arasında «Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında» niyyət protokolu imzalanmışdır. 2015-ci ilin sentyabr ayında Bakıda səfərdə olan nümayəndə heyəti Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanında şəhidlərin məzarını və orada dəfn olunan türk əsgərlərinin məzarlarını, daha sonra Mustafa Kamal Atatürkün abidəsini ziyarət etmiş, daha sonra Bayraq Meydanı Kompleksi, Heydər Əliyev Mərkəzi ilə və şəhərimizin görməli yerləri ilə tanış olmuşlar. Daha sonra İzmit Bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində qəbul edilərkən İzmit şəhərində Xocalı abidəsinin ucaldılması haqqında müzakirələr aparılmışdır.


Türkiyənin İzmit Bələdiyyəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.


Anım tədbiri 2015-ci ildə İzmit şəhərinin Yenişəhər məhəlləsində parkda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə təşkil edilmişdir.

Tədbirdə İzmit Bələdiyyəsinin sədr müavini İbrahim Bulut, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli Heydər Əliyev Kültür Evinin rəhbəri Bilal Dündar, Bakının Nəsimi rayon İcra Hakimiyyəti başçısının I müavini Gülarə Verdiyeva, YAP Nəsimi rayon təşkilatının sədri, Millət vəkiliMəlahət İbrahimqızı, yerli ictimaiyyətin nümayəndələri, burada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri, yerli KİV təmsilçiləri iştirak edib.

Tədbirdə çıxış edənlər ermənilərin özlərinin uydurduqları qondarma erməni soyqırımı yalanlarını bütün dünyaya yayaraq Xocalı və digər faciələrdə Azərbaycanlılar və Türklərə qarşı insanlıqdan kənar cinayətlərini ört-basdır etdiklərini bildiriblər. Türkiyə və Azərbaycanın bütün maneələrə baxmayaraq, beynəlxalq platformlarda qondarma erməni soyqrımı yalanlarına qarşı birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar.

Nəsimi rayon nümayəndə heyəti İzmit şəhərində Xocalı faciəsinə həsr edilmiş silsilə tədbirlərdə iştirak etmişdilər.Qonaqlar Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasında, Kocaeli Universitetində, Kocaeli Heydər Əliyev Kültür Mərkəzində, TADEF-da yeni yaradılmış Xocalı muzeyində keçirilən tədbirlərdə iştirak etmişdilər. Kocaeli Universitetində 600 nəfər müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən anım tədbirində erməni vəhşiliyi, erməni vandalizmi bir daha lənətlənmişdir.




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ərazilərdə qaz olmayacaq
10:15 28.05.2025
Bu ərazilərdə qaz olmayacaq
Niderland Azərbaycanı Müstəqillik Günü ilə bağlı təbrik etdi
10:06 28.05.2025
Niderland Azərbaycanı Müstəqillik Günü ilə bağlı təbrik etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım etdi
09:56 28.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım etdi
Laçının bir neçə kənd və qəsəbəsinin qurulması istiqamətində işlər aparılır
09:50 28.05.2025
Laçının bir neçə kənd və qəsəbəsinin qurulması istiqamətində işlər aparılır
Polşa səfirliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etdi
09:47 28.05.2025
Polşa səfirliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etdi
Özbəkistan XİN Azərbaycan xalqını 28 May – Müstəqillik Günü ilə bağlı təbrik etdi
09:46 28.05.2025
Özbəkistan XİN Azərbaycan xalqını 28 May – Müstəqillik Günü ilə bağlı təbrik etdi
Messi və Suares futbol klubu təsis ediblər
02:50 28.05.2025
Messi və Suares futbol klubu təsis ediblər
Görmək istədiyimiz Azərbaycan efirləri - Hacıbəy Heydərli yazır
02:27 28.05.2025
Görmək istədiyimiz Azərbaycan efirləri - Hacıbəy Heydərli yazır
KİV: İsrail və Suriya bir neçə dəfə danışıqlar aparıb
01:49 28.05.2025
KİV: İsrail və Suriya bir neçə dəfə danışıqlar aparıb
İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
00:48 28.05.2025
İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
00:04 28.05.2025
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
23:41 27.05.2025
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
23:24 27.05.2025
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
23:16 27.05.2025
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
22:58 27.05.2025
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
22:51 27.05.2025
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO