Nəsimi rayon sakini Hövsanda qız üstündə bıçaqlandı
Bütün Xəbərlər
07:43 02.10.2012
1026
Yola saldığımız gecə Bakının Suraxanı rayonunda qanlı hadisə baş verib. Hövsan qəsəbəsində baş vermiş hadisə zamanı 30 yaşlı Quliyev Sənan Nəsir oğlu naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalaraq çoxsaylı bıçaq xəsarətləri alıb. Hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralının üzərində 5 saat davam edən cərrahi əməliyyatdan sonra onun həyatı xilas edilib.Hadisədən sonra Suraxanı rayon podis idarəsi və 30-cu polis bölməsinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. İlkin arşdırmalar nəticəsində məlum olub ki, Nəsimi rayon sakini olan Sənan Quliyev Hövsana qəsəbəsinə tanışı olan bir xanımı ötürmək istəyən zaman elə həmin xanımın qohumları ilə aralarında mübahisə yaranıb. Mübahisə əsnasında isə Quliyev ağır bədən xəsarəti alıb.