Nəsimi rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəli istirahəti təşkil edildi

Nəsimi rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəli istirahəti təşkil edildi
SOSİAL
14:53 27.07.2017
900

Nəsimi rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəli istirahəti təşkil edilmişdir.

Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb.

Yeniyetmələrin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Məktəblilərin yay tətili günlərinin mənalı, maraqlı, yaddaqalan olması üçün, onların asudə vaxtlarının səmərəli təşkili, istirahət müddətində bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün keçirilən silsilə tədbirlər davam edir.

Sağlamlıq imkanları məhdud olan uşaqların hərtərəfli inkişafı və tərbiyəsi, məktəbə hazırlığını, bacarıq və biliklərinin aşılanması, onların cəmiyyətə uyğunlaşdırılması istiqamətində Nəsimi rayonunda xüsusi layihələr həyata keçirilir. Rayonda fiziki imkanları məhdud olan uşaqların tətil günlərini maraqlı etmək üçün, tətil günlərində uşaq və yeniyetmələrə xoş anlar bəxş etmək üçün maraqlı tədbirlər keçirilir.

Növbəti tədbir - Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən sağlamlıq imkanları məhdud olan 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan məktəblilər üçün PİTA Şaurmada əyləncəli istirahət axşamı təşkil edilmişdir. Uşaqlar burada maraqlı yemək və şirniyyata qonaq edilmiş, həmçinin hədiyyələr təqdim edilmişdir.

Ümumiyyətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva uşaqlarla söhbət zamanı dövlətimiz tərəfindən onların təhsili, sağlamlığı və istirahətləri istiqamətində görülən işlərdən danışdı. Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevanın gələcəyimiz olan uşaqlara sağlamlığı və layiqli vətəndaş olmaları üçün

həyata keçirdiyi iri miqyaslı layihələrdən danışıdı. Qeyd edildi ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəcib missiyası ilə Azərbaycan uşaqlarının ən böyük dostuna, ən böyük himayədarına çevrilib. Fond xüsusi qayğıya ehtiyacı olan uşaqları da hər zaman diqqətdə saxlayır və bütün fəaliyyəti ilə hər zaman Azərbaycanın xoşbəxt gələcəyinin yanında olduğunu təsdiqləyir. Görüşdə ulu Öndərin adını daşıyan Fondun vitse prezidenti Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların hər zaman yanında olduğu xüsusi vurğulandı.

Daha sonra uşaqlar bu istirahət məkanında yay mövsümünün ovqatını duydular, müxtəlif mahnılar, rəqslər ifa etdilər, məharətlərini göstərdilər.

Keçirilən tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqların yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuş, valideynlər uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva öz minnətdarlıqlarını bildirmişlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"UFC Fight Night": Əsas kartın ilk döyüşündə tacikistanlı idmançı qalib gəldi
23:55 21.06.2025
"UFC Fight Night": Əsas kartın ilk döyüşündə tacikistanlı idmançı qalib gəldi
İsrail ordusu Bəndər-Abbasa zərbələr endirib
23:50 21.06.2025
İsrail ordusu Bəndər-Abbasa zərbələr endirib
Türkiyəli jurnalist Fatih Altaylı saxlanıldı
23:26 21.06.2025
Türkiyəli jurnalist Fatih Altaylı saxlanıldı
https://apa.az/xarici-siyaset/ceyhun-bayramov-iet-in-nazirler-surasinin-fovqelade-iclasinda-cixis-edib-905867#:~:text=0-,Ceyhun%20Bayramov%20%C4%B0%C6%8FT%2Din%20Nazirl%C9%99r%20%C5%9Euras%C4%B1n%C4%B1n%20f%C3%B6vq%C9%99lad%C9%99%20iclas%C4%B1nda%20%C3%A7
23:22 21.06.2025

İmamla qoşulub qaçan 16 yaşlı qız danışdı - Video
23:13 21.06.2025
İmamla qoşulub qaçan 16 yaşlı qız danışdı - Video
Sumqayıtda kişi meyiti tapılıb
22:52 21.06.2025
Sumqayıtda kişi meyiti tapılıb
Tramp və Ərdoğanın danışıqlar cəhdi Xameneiyə görə baş tutmayıb
22:28 21.06.2025
Tramp və Ərdoğanın danışıqlar cəhdi Xameneiyə görə baş tutmayıb
Bakıda keçirilən UFC-də ilk qadın qalib Siqula olub
22:15 21.06.2025
Bakıda keçirilən UFC-də ilk qadın qalib Siqula olub
Gürcüstan Prezidenti 37 nəfəri əfv edib
21:58 21.06.2025
Gürcüstan Prezidenti 37 nəfəri əfv edib
Bakıda ilk UFC qalibi Muhammed Usman olub
21:52 21.06.2025
Bakıda ilk UFC qalibi Muhammed Usman olub
Ceyhun Bayramov İndoneziya Respublikasının xarici işlər naziri Suqiono ilə görüşüb - FOTO
21:37 21.06.2025
Ceyhun Bayramov İndoneziya Respublikasının xarici işlər naziri Suqiono ilə görüşüb - FOTO
Husilər yenidən ABŞ-ı hədələyib
21:22 21.06.2025
Husilər yenidən ABŞ-ı hədələyib
İran Prezidenti atom enerjisi üzrə dialoqa hazır olduğunu bildirib
21:10 21.06.2025
İran Prezidenti atom enerjisi üzrə dialoqa hazır olduğunu bildirib
Tanınmış MTK ağacları kəsibmiş.. - Rəsmi açıqlama
21:02 21.06.2025
Tanınmış MTK ağacları kəsibmiş.. - Rəsmi açıqlama
Azərbaycan və Suriya xarici işlər nazirləri İstanbulda görüşüb
20:52 21.06.2025
Azərbaycan və Suriya xarici işlər nazirləri İstanbulda görüşüb
Ukrayna və Britaniya XİN rəhbərləri cəbhədəki vəziyyəti müzakirə edib
20:36 21.06.2025
Ukrayna və Britaniya XİN rəhbərləri cəbhədəki vəziyyəti müzakirə edib