Nəsimi rayonunda geniş miqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işlərinə start verilib.
AZXEBER.COM xəbər verir ki, rayonun Səməd Vurğun küçəsində, 20 yanvar küçəsində Xüsusi Dövlət Mühafizə Xidmətinin 9 mərtəbəli, Moskva prospekti 16 mərtəbəli yaşayış binalarının fasadları əsaslı təmir edilib. Bütün görülmüş işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılıb. Rayonun A.Məhərrəmov, Cavadxan və M.Kazımovski küçələrindəki yaşayış binalarının həyətlərindəki özbaşına hasarlar sökülmüş, ərazidə təmizlik işləri aparılıb, mövcud ağaclar budanıb, səliqə-səhman yaradılıb.
M.Kazımovski, 20 yanvar küçələri və Moskva prospekti boyunca yolun kənarında yeni qazon örtüyü salınmış, yaşıllaşdırma işləri aparılıb, yeni yaşıllıq zolaqları salınıb, gül-çiçək kolları əkilmib.
Milli Qəhrəman Asif Yusif oğlu Məhərrəmovun adını daşıyan küçədə yaşayış binalarının qarşısında yerləşən 1 ha ərazisi olan parkda yaxın günlərdə əsaslı təmirə başlanması üçün hazırlıq işləri aparılır. Parkın ərazisində tamet və asfalt örtük döşənəcəkdir. Parkın ətrafındakı yaşayış binalarının fasadları əsaslı təmir olunaraq rənglənəcək, binaların girişlərinə dəmir kod qapılar qoyulacaq, bina girişlərinin pəncərələri yeniləri ilə əvəz olunacaq.




