Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb

Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
SOSİAL
13:20 16.09.2025
255
Nəsimi rayonunda şirkətlərdən birinə  məxsus olan yük avtomobilindən oğurluq olub.
 
Zərərçəkən şəxs polisə müraciət edərək nəqliyyat vasitəsindən 3200 manat dəyərində müxtəlif markalı istehlak mallarının oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı M.Səfərov müəyyən edilərək saxlanılıb. 

Rayon ərazisindəki kafelərin birindən isə paytaxt sakininə məxsus içərisində 300 manat və sənədlər olan çantanı talamaqda şübhəli bilinən 50 yaşlı K.Şükürov da polis tərəfindən saxlanılıb. 

Faktlarla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR