İsrail Baş naziri Benyamin Netanyahu Folklend adaları məsələsində Argentinanı dəstəklədiyini bildirib.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Bildirilir ki, ötən ay Argentinanın xarici işlər naziri Ed Miliband Qərb Şəriyəsindəki yaşayış məntəqələrinə iqtisadi sanksiyalar tətbiq etmək qərarına gəlib.
Bu qərardan sonra Netanyahu Argentina ilə bağlı mövqeyini dəyişib və İsrailə Folklend adaları məsələsində Argentinanı dəstəkləməyi əmr edib.
Bu dəyişiklik Argentinanın Folklend adalarına iddiasını rəsmi olaraq təsdiqləməsə də, Britaniyanın yaşayış məntəqələrinə əlavə sanksiyalar tətbiq edəcəyi təqdirdə İsrailin Buenos Ayresə dəstək verə biləcəyi ehtimalını da daşıyır.
///unikal///










































