Netanyahu: İsrail HAMAS-ı məhv edəcək, BMT haqqımızda yalan məlumatlar yayır

Netanyahu: İsrail HAMAS-ı məhv edəcək, BMT haqqımızda yalan məlumatlar yayır
DÜNYA
19:46 27.07.2025
128
İsrail bütün hərbi hədəflərinə çatacaq, tam qələbə qazanacaq və radikal Fələstin hərəkatı HAMAS-ı məhv edəcək.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin Hərbi Hava Qüvvələrinin Ramon aviabazasına səfəri zamanı lentə aldığı videomüraciətində bildirib.

Netanyahu bəyan edib ki, mübarizəni davam etdirəcək: "Fəaliyyətimizi bütün hərbi məqsədlərimizə çatana, tam qələbə əldə edənə qədər davam etdirəcəyik. Əsas məqsədimizə çatacağıq, HAMAS-ı məhv edəcəyik. Bu məqsədə – HAMAS-ın məhvinə və girovların azad olunmasına – həm hərbi əməliyyatlar, həm də danışıqlar yolu ilə çalışırıq. Bununla yanaşı, hər iki istiqamətdə – istər hərbi əməliyyatlar, istərsə də danışıqlar zamanı – İsrail Qəzza sektoruna minimal zəruri humanitar yardımın təmin olunması uğrunda da çalışır”.

Netanyahu əlavə edib ki, bunu əvvəllər də ediblər: "Lakin BMT İsrail haqqında yalan məlumatlar yayaraq iddia edir ki, guya İsrail humanitar yardımın daxil olmasına imkan vermir. Bu, doğru deyil”.
OXŞAR XƏBƏRLƏR