Netanyahu: Müctəba Xamenei də seçkidə mənə səs verəcək

Netanyahu: Müctəba Xamenei də seçkidə mənə səs verəcək
DÜNYA
00:28 27.10.2026
204
İsrail Baş naziri Benyamin Netanyahu sosial şəbəkə hesablarında süni intellekt vasitəsilə hazırlanmış video yayımlayıb.

Videoda İranın Ali rəhbəri Müctəba Xamenei xəstəxana çarpayısında uzanmış vəziyyətdə təsvir olunur və İsraildə keçirilən seçkilərdə Netanyahuya səs verəcəyini deyir.

Videoda bir müxbir Müctəba Xameneiyə yaxınlaşaraq ondan seçkilərdə kimə səs vermək niyyətində olduğunu soruşur. Xameneinin süni intellekt vasitəsilə yaradılmış obrazı belə cavab verir: "Mən Bibiyə (Netanyahu) səs verəcəm. Bu nə sualdır belə?”.

Netanyahu videoya şərh olaraq yazıb: "Hətta Müctəba da bilir; İranı yalnız "Likud” dayandıra bilər”.

Video Netanyahunun seçki təbliğatı çərçivəsində yayımlanıb və onun sonunda "Likud” Partiyasının "Seçki məntəqələrinə gedirik, səs veririk və qalib gəlirik” məzmunlu şüarı yer alır.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR