Netanyahu Qəzza barədə xəbərdarlıq etdi

Netanyahu Qəzza barədə xəbərdarlıq etdi
DÜNYA
17:08 17.08.2025
357
"Qəzza zolağında HƏMAS hərəkatını darmadağın etmədən atəşkəs bölgədə "sonsuz müharibəyə" gətirib çıxaracaq".

AZXEBER.COM TASS-a istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında deyib.

"Bu gün HƏMAS-ı darmadağın etmədən müharibəni dayandırmağa çağıran hər kəs, nəinki HƏMAS-ın mövqeyini gücləndirir və girovların azad edilməsini gecikdirir, həm də 7 oktyabr 2023-cü il tarixində baş vermiş vəhşiliklərin təkrarlanacağına zəmanət verir", - deyə o vurğulayıb.

Baş nazirin sözlərinə görə, nəticədə İsrail əsgərləri "sonsuz müharibədə dəfələrlə vuruşmağa" məcbur olacaqlar.
OXŞAR XƏBƏRLƏR