İsrail İrana qarşı hərbi əməliyyatın bütün məqsədlərinə çataraq, nüvə və raket sahələrində təhlükəni aradan qaldırıb.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisindən bildirilib.
ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəsin elan edilməsindən əvvəl Netanyahuya zəng edərək bütün hərbi əməliyyatları dayandırmağı tələb edib, çünki Tehran artıq "əhəmiyyətli dərəcədə zəifləyib".
Baş nazirin ofisindən qeyd ediblər ki, İsrail Trampın təklifini qəbul edib. Bununla yanaşı, İsrailin atəşkəslə bağlı istənilən pozuntuya qətiyyətlə cavab verəcəyi vurğulanıb.