Rusiyada 27 yaşlı nəvə 70 yaşlı babasını qətlə yetirib.Hadisə Kalininqradda baş verib. Məlum olub ki, nənə və babası ilə birgə yaşayan oğlan gecə babasının xorultusuna yuxudan oyanıb. Bir müddət səsdən yuxulaya bilməyən nəvə əsəblərinə hakim olmayıb və yuxuda olan babasına bir neçə bıçaq zərbəsi endirib. Kişi aldığı zərbələrdən yerindəcə keçinib.