'New Baku Post: 'Ən əsası odur ki, biz satılmayacağıq'

MEDİA
00:43 01.03.2012
2673
Azərbaycanda tezliklə yeni qəzet fəaliyyətə başlayacaqSosial şəbəkələrdə Azərbaycanda tezliklə yeni qəzetin fəaliyyətə başlayacağı barədə videoçarx yayımlanıb. Videoçarxda tanınmış telejurnalistlər: Tofiq Abbasov, Tural Əliyev və Kənan Quluzadə yeni qəzetin anonsunu veriliblər.

Bununla əlaqədar AZXEBER.COM-a məşhur telejurnalist Tural Əliyev bildirib ki, yeni qəzet "New Baku Post" adlanır. T. Əliyev deyib ki, peşəkar komanda ilə uzun müddətdir üzərində işlədikləri bu layihə oxucuların qəzetə olan indiki münasibətini tamamilə dəyişəcək. "Ən əsası odur ki, biz satılmayacağıq". Tural Əliyev qəzetin mart ayında işıq üzü görəcəyini bildirib.

Sosial şəbəkələrdə böyük maraq doğuran videoçarxı təqdim edirik:
OXŞAR XƏBƏRLƏR