'Nəyə əl al çalırsız, burada konsert veririk…?'

Bütün Xəbərlər
14:00 08.08.2012
1610

Dünən vicdan məhbusu, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin Bakı Apelyasiya Məhkəməsində şikayətinə baxıldı. Qeyd edək ki, Ş.Həsənlinin apelyasiya şikayəti vaxtından əvvəl cəzasının çəkilməmiş hissəsindən azad olunmaqla bağlı ərizəsinə Qaradağ rayon Məhkəməsinin 22 iyun 2012-ci il tarixli qərarı əsasında verilib.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasa vicdan məhbsunun özü də gəlmişdi. Onun hüquqlarını vəkil Əlayif Həsənov müdafiə edirdi.

Şahin Həsənliyə dəstəyini ifadə etmək üçün kemiş vicdan məhbusları və AXCP rəhbərliyi, fəallar da prosesə qatılmışdılar. Nəzərdə tutulan vaxtdan 20 dəqiqə gec başlayan prosesə Şahin Həsənli hakimdən sonra gətirildi. Vicdan məhbusunun zalda olan fəallar tərəfindən «Azadlıq» şüarları və alqışlarla qarşılanması hakimi özündən çıxardı. Əlini masaya çırpan hakim «nəyə əl al çalırsız, burada konsert veririk…?» deyə iştirakçılara etirazanı ifadə etdi. 

Bundan sonra iş üzrə hazırlıq iclasını açıq elan etdiyini deyən hakim müşavirə keçirərək, məhkəmə iclasını 22 avqusta təyin etdi.

Şahin Həsənlinin vəkili Əlayif Həsənov siyasi motivlərlə həbs olunan şəxslərin işində məhkəmələrin müstəqil qərar verməsinə rast gəlmədiyini deyib. O qeyd edib ki, yuxarıdan hansı göstəriş veriləcəksə, məhkəmə də onu qanuniləşdirəcək. 

Xatırladaq ki, Şahin Həsənli İctimai Palatanın 2011-ci il aprelin 2-də keçirdiyi aksiyadan əvvəl Şəmkir rayonunda saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb. 21 iyul 2011-ci ildə Şəmkir rayon məhkəməsi Şahin Həsənlinin 2 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. 4 oktyabr 2011-ci ildə isə Gəncə Apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxlayıb. /// Bizim Yol qəzeti
OXŞAR XƏBƏRLƏR