Nəyimiz əskikdir?

Nəyimiz əskikdir?
Bütün Xəbərlər
03:30 05.06.2014
4371

Hacıbəy HeydərliBu yaxınlarda “facebook”da belə bir status yazmışdım ki, “azərbaycanlı bəzi qızlar üçün Türkiyə, oğlanlar üçün isə Ukrayna cənnət məkandır. Sanki biz İstanbul və Kiyevdə olanda əl-qolumuz açılır, bütün komplekslər, daxili senzuralar, mənəvi iztirablar ikinci plana keçir. Türkiyəli “abilər”i və ukraynalı “nataşalar”ı görən kimi kimliyimizi unuduruq. Onların əhatəsində sərbəstlik tapırıq, taksi sürücüsündən tutmuş, küçədə qalanına qədər hər kəslə mehriban oluruq, hər istəklərini yerinə yetiririk.

Elə bu statusdan bir neçə gün sonra türkiyəli bir dostum statusa möhür vuran bir cümlə işlətdi: “Abi, sizin qızlar bizim oğlanlar üçün ölürlər. İnan səmimiyyətimə ki, Bakıda yaxınlaşdığım qızların əksəriyyəti mənimlə tanış olur, bizim dilimizlə desək “muhabbet edir”, “takılırlar”. Amma sizin oğlanlar həmin qıza yaxınlaşanda özlərini elə aparırlar ki, “mən özümü playboy və ya Bred Pit kimi hiss edirəm.”. Onun bu sözlərindən sonra söhbəti bağladım və özüm-özümə düşündüm ki, “görəsən, bizim nəyimiz əskikdir ki, qızlar bu mövzuya belə radikal yanaşır və özümüzdən başqa hamıynan “dil tapır”.

Bu bir növ kasıbla varlının paradoksal söhbətinə də bənzəyir : “Deyir imkanlı adam içində olur yeyib-içən oğlan , kasıb içəndə isə “alkaş”. Bizim oğlanlar da şəhərdə qızlarla tanış olan kimi qızın ilk sual olur ki: “Fikrin ciddidir?” “Alacaqsan məni?”, “Nişana qədər çox görüşməyək, bizi görən olar, biabır olaram”.

Ancaq həmin qıza hansısa abi yaxınlaşanda hər şey “ok” olur və onlar şirin dillərinə salaraq qızları yoldan çıxarırlar. Təvazükarlıqdan uzaq olsa da, bunu deməyə məcburam kimi, bizim oğlanlar bütün dünya üçün ideal və əlçatmaz sayılan ukraynalı və rus qızların xəyallarının kişiləridir. Bu gün adını çəkdiyim ölkələrin ən “qlamur qızları”nın yanında mütləq bir azərbaycanlı kişi var. Ötən il Ukraynada olanda ordakı həmkarlarımız mənə dedi ki: “Burada hansı gözəl qıza yaxınlaşsan, deyəcək ki, mənim azərbaycanlı “boyfriend”im var. Özü də bizim qızlar sizin oğlanların məqsədlərini bilə-bilə onlara yaxınlaşırlar, onlarla sevgili olurlar. Nəticədə isə, Ukrayna turizmi və sizin bəylər qazanır, cavanlıq edirlər”. Bu gün bizim oğlanlar üçün əlçatmaz olan qızlar həm görünüş, həm də intellekt, həm də dünyagörüşünə görə özlərindən aşağı olan abilərlə “Tarqovı”da “takılır”, oğlanlarımız isə “odnoklasniki”də tanış olduqları rus qızlarına şəhərimizin gözəlliyindən bəhs edir. Bir sözlə, özümüzdən başqa hamıyla anlaşırıq, hamını dinləyirik, hamıya kömək edirik və nəhayət, hamının istəyini yerinə yetiririk.

Əslində, insana harada və kimlə rahatdırsa, onunla olmalıdır və heç kimin buna qarışmağa haqqı yoxdur. Faktdır ki, bu gün kifayət qədər həmyerlimiz var ki, xarici vətəndaşla ailə qurub və xoşbəxt həyat yaşayır. Ancaq mənə görə bu mövzud ən vacib amil səmimi seçim etmək və dəyərlərimizi, kimliyimizi və vicdanımızı qorumaqdır. Kiminsə “şirin dil”inə, xoş sözünə, “fantaziyarına” aldanmağın bədəli isə çox ağır olur. O qədər ağır ki, sonradan həmin insanı nə İstanbul qəbul edir, nə də Kiyev. Səmimi deyim ki, bu mövzuda qızları da günahlandırmaq niyyətindən uzağam. Çünki “Fatmagülün suçu nə?” “Aşk-ı memnu”, “Aşka-sürgün” serialı ilə böyüyənlər bir abi görən kimi bu filmlərin qəhrəmanına çevriləcəklərini düşünürlər. Ancaq sonluqda ya “Fatmagülün” aqibətini yaşayırlar, ya da “Bihtər”in. Seriallardakı fantaziyalar, romantik səhnələr, duyğusal anlar elə televiziyanın mavi ekranında qalır. Televizoru söndürəndən sonra isə reallığın gözünə dik baxmağa məcbur olursan. Reallıq isə odur ki, biz bizim olmayan hər şeyə sahib çıxırıq. Hər şeyə özümüzdən başlasaq, ilk növbədə özümüzü sevsək, hər kəs də bizi sevər.

OXŞAR XƏBƏRLƏR