"Neynəyim, aparıb oturtmuşlar Milli Məclisdə, mən də oturmuşdum"
Bütün Xəbərlər
14:28 28.10.2015
1707
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığını irəli sürən Adəm Məmmədov növbəti dəfə sərt açıqlamalarıyla yadda qalıb. O deputat Astan Şahverdiyev haqda yazıb:"Müstəqil Azərbaycanın 24 illik tarixində Astan Nüşrəvan oğlunun keçmədiyi siyasi yol qalmayıb. AXC, AMİP, Müsavat və 2003-cü ildən də YAP-ın üzvü olan, mərhəmətli Cəbrayıl camaatının kölgəsinə sığınaraq, son 10 ili Milli Məclisdə baş girləməklə vəzifəsini bitmiş hesab edirdi. Belə olan halda Cəbrayıl camaatı onun bitmiş vəziyətinə xitam vermək istəyirsə niyə bu qədər qıcıqlanır? Defola uğramış Astan Nuşirəvan oğlu kimliyini, siyasi bankrot olduğunu niyə qəbul etmək istəmir? Mən başa düşürəm 10 ildir rahat oturduğu kreslonun qarşısında açdığı imtiyazlardan 10 gündə imtina etmək çətindir. Nə fərqli siyasi kimliyi ilə, nə də ki Cəbrayıl camaatını problem və çətinliklərini gündəmə gətirməməklə yadda qalan bir kimsəyə "stavka" edənlər artıq uduzduqlarını başa düşüb mənim üstümə gəlməyə başlayıblar. Bəli mən heç bir siyasi partiyanın üzvü deyiləm və camaatıma güvənib öz namizədliyimi irəli sürmüşəm. "Mədən fərqli olaraq, Astan Nüşrəvan oğlu 4 partiyanın vəsiqəsini evində saxlayıb. "A kişi" birdən zəmanə dəyişər onlar gedər, bunlar gələr deməklə gecə yatarkən rahat yuxusunu təmin etmək məqsədilə 10 ildir susur ki, birdən soruşanda desin ki, ay qardaş neynəyim aparıb oturtmuşlar Milli Məclisdə mən də oturmuşdum"..."