11:48 Bazar Günü, 26 Yanvar 2020
GƏNCLİK

Nəzərbəy Hacıağayev: “Maştağada perspektivli gənclərə heç kəs uşaq gözü ilə baxmır”

23:38, 11.12.20193123
Nəzərbəy Hacıağayev: “Maştağada perspektivli gənclərə heç kəs uşaq gözü ilə baxmır”
Maştağa sakinləri yeni deputatın həm yerli, həm də gənc olması arzusu ilə yaşayır. Kənd əhalisi, xüsusilə də ağsaqqallar yerli şəxsin seçilməsinin qanunauyğun olduğunu bildirib. Artıq iki həftədir kənddəyəm, insanlarla görüşlər keçirmişəm. Namizədliyimi irəli sürəcəyimi açıqlamışam. Hər kəsdən müsbət rəy almışam. Həm yerli sakin olmağım, həm də gənc olmağım insalarda xoş təəssürat yaratdı.


Bunu 28 saylı Sabunçu üçüncü seçki dairəsindən namizədliyini irəli sürmək istəyən Nəzər Media.az İnformasiya portalının baş redaktoru Nəzərbəy Hacıağayev bildirib. O qeyd edib ki, insanlar cənab prezidentin islahatlarına dəstək məqsədi ilə gənc namizədin dəstəklənməsinin ən düzgün variant olduğunu bildirirlər: "Bəzən fikirlər səslənir ki, orada gənclərə uşaq gözü ilə baxırlar. Bu, sadəcə cənab Prezident İlham Əliyevin islahatları nəticəsində gənc kadırların irəli sürməsi prosesinə yaxılan qara ləkədir. Bu, sadə insanların düşüncəsi deyil. İctimai səviyyədə tanınan insanların yaydığı yalandır. Gəncləşdirmə prosesini gözü götürməyənlər müəyyən yolla media vasitəsi ilə kreslolarını qorumağa çalışırlar. Fikirlərində cənab Prezident İlham Əliyevin islalahtları yox, xalqın rifahı deyil, dövlətin taleyi deyil, sadəcə şəxsi mənafeləridir. Ancaq mən parlament seçkilərinə namizədliyimi irəli sürməklə cənab Prezidentimizin parlamentdə yeni simalar olsun fikrinə öz dəstəyimi bir gənc olaraq vermişəm".

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ