Nəzirləri kartla ödəmək MÜMKÜN OLACAQ

Nəzirləri kartla ödəmək MÜMKÜN OLACAQ
SOSİAL
15:12 26.01.2022
445
Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu, "Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edəcək.

Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinin uyğun bəndi hazırda belədir: "Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri qəbul edə bilər”.
OXŞAR XƏBƏRLƏR