NİDA-nın saytı təqdim olundu

NİDA-nın saytı təqdim olundu
GƏNCLİK
20:28 13.10.2011
2115
Bu gün RATİ-də (Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstutu) N!DA Vətəndaş Hərəkatı öz rəsmi saytının təqdimatını keçirib. AZXEBER.COM-un məlumatına görə, tədbirdə hərəkatın fəaliyyət göstərdiyi qısa zaman ərzində görülən işlər və gələcək planlar barədə geniş məlumat verilib. Tədbirdə hərəkətın rəsmi veb saytının təqimadı ilə yanaşı nidanın jurnalının ikinci buraxılışının da təqdimatı keçirilib. Qeyd edək ki, N!DA Vətəndaş Hərəkatı 2011-ci ilin fevralında bir sıra fəal gənclər və bloggerlər tərəfindən yaradılıb.  Tədbirin sonunda qonaqların və KİV nümayəndələrinin sualları cavablandırılıb. Hərəkat Azərbaycan vətəndaşlarının ölkədə vətəndaş cəmiyyəti və demokratik-hüquqi dövlətin qurulması məqsədilə hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsi ideyası ətrafında birliyidir. NİDA-nın əsas məqsədi ölkəni demokratikləşdirilməsində fəal rol oynamaqdır.
OXŞAR XƏBƏRLƏR