Niderland Haaqdakı səfirliyə hücum hadisəsinə görə Misirdən üzr istəyib.
Niderland XİN başçısı Kaspar Veldkamp misirli həmkarı Bədr Abdel-Ati ilə telefon danışığı zamanı üzr istəyib.
Xəbər verildiyi kimi, avqustun 15-də misirli fəal Anas Həbib Qahirənin Qəzza zolağı ilə sərhəddə yerləşən Rəfah keçid məntəqəsini bağlamasına etiraz edərək, ölkəsinin Haaqdakı səfirliyinin qapılarını bağlayıb. KİV-in məlumatına görə, bu, Anas Həbibin iştirakı ilə baş verən ilk belə hadisə deyil.
Veldkamp hadisə ilə bağlı dərin təəssüfünü ifadə edib və səlahiyyətli orqanların Misir səfirliyi ətrafında təhlükəsizlik tədbirlərini gücləndirəcəyini qeyd edib.
Abdel-Ati Misirin Niderlanddakı diplomatik missiyasının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb və beynəlxalq hüquqa uyğun olaraq bu məsələdə Niderland tərəfinin məsuliyyət daşıdığını diqqətə çatdırıb.
O, hadisə ilə bağlı dərin narazılığını bildirib və vurğulayıb ki, bu cür hadisələrin təkrarlanması Misirin tədbirlər görməsinə səbəb ola bilər.
Report