Niderland səfiri Azərbaycanın öhdəliklərindən danışdı

Niderland səfiri Azərbaycanın öhdəliklərindən danışdı
Bütün Xəbərlər
10:01 01.05.2012
1061

Niderlandın Azərbaycandakı səfirliyi aprelin 30-da “Park Hyatt Baku” mehmanxanasında Kraliça Günü münasibətilə rəsmi qəbul təşkil edib.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən səfir Aryen Uijterlinden Dağlıq Qarabağ münaqişəsinə də toxunub, məsələnin qısa vaxtda beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli həllinə ümidvar odluğunu bildirib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan prezidenti adından Kralica Beatriksin doğum gününü təbrik edib. Qəbula dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və ictimaiyyət nümayəndələri qatılıblar. “Turan”ın məlumatına görə, aprelin 30-da mətbuat konfransı keçirən səfir Aryen Uijterlinden Niderland-Azərbaycan münasibətlərinə toxunaraq 2011-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dollar təşkil etdiyini vurğulayıb. O, insan hüquqları sahəsində vəziyyətdən də danışaraq Azərbaycanın Avropa Şurası və ATƏT qarşısında öhdəliklərini yerinə yetirməli olduğunu qeyd edib. Səfir Avropa İttifaqının jurnalistlərin hüquqlarının pozulması ilə bağlı son bəyanatlarınaa xüsusi diqqət çəkib: “Biz bu narahatlığı bölüşürük və araşdırmalar aparılacağına ümid edirik”.

OXŞAR XƏBƏRLƏR