Nigar Camal duet oxuyacaq

MAQAZİN
10:20 31.03.2012
2242

O, 17 yaşlı Karen Viuffun oxuduğu "Universe" mahnısının bəstəkarına müraciət edib

“Eurovision 2011”in qalibi Nigar Camal yeni duetin səsyazması üzərində işləyir. O, Danimarkanın Milli Finalında yarışan 17 yaşlı Karen Viuffla birlikdə səsyazma studiyasında olub.

AZXEBER.COM-un məlumatına görə, Nigar Camal Danimarkanın Milli Finalında münsiflər heyətinin üzvü kimi Karenin "Universe" mahnısını çox bəyənib və bu mahnının ilk ifaçısı ilə duet oxumaq fikrinə düşüb. Bu məqsədlə o, prodüseri İsa Məlikovla birlikdə mahnının bəstəkarına müraciət edib. Qeyd edək ki, "Universe" mahnısının bəstəkarı Nigar Camalın yeni albomundakı 7 kompozisiyanın müəllifi Bo Larsendir. Albomun may ayında Azərbaycanın ev sahibliyi edəcəyi Eurovision Mahnı Müsabiqəsi ərəfəsində təqdimatı gözlənilir. Karen Viuff Milli Finalda ölkə təmsilçisi adını qazana bilməsə də, bu dueti gələcək karyerası üçün əhəmiyyətli hesab edir. "Mən azərbaycanlı müğənni Nikkiyə böyük rəğbət bəsləyirəm. O, karyerası uğrunda əsl mübarizə aparır. Nikkinin böyük ürəyi var və istedadlıdır. İnanıram ki, o, mənə gələcəkdə çox dəstək olacaq". Qısa vaxt ərzində Nigarla yaxın dost olduqlarını qeyd edən Karen Viuff işgüzar münasibətlərin yaxşı getdiyini söyləyib.

OXŞAR XƏBƏRLƏR